Röya Ayxandan “Dünya” - LAYİHƏ

12:12 10-05-2024 | icon 235 | Şou-biznes
Röya Ayxandan “Dünya” - LAYİHƏ

Xalq artisti Röya Ayxan “Dünya” adlı yeni musiqi layihəsini təqdim edib.

 

Versus.Az xəbər verir ki, sözləri Şahin İsmayılov, musiqisi Fərid Kərimliyə aid bəstəni rejissor Roman Yaşar ekranlaşdırıb.

 

Klip Bakının Fəvvarələr Meydanı, Nizami küçəsi, Dənizkənarı Bulvar ərazisində lentə alınıb. Klipdə Bakı sakinləri, T. Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin kiçik siniflərinin xoru iştirak edib.

 

Röya Ayxan layihəni Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr etdiyini vurğulayıb:

 

“Bu dünyada sevgi, hüzur, sülh var. Hansı ki, onları yaşatmaq bizim əlimizdədir. Elə sevgilər var ki, görmədiyin bir insana qarşı həmişə var olur. Baxın, bu uşaqlar kimi… Heydər Əliyevi görməyən nəsil belə bizimlə eyni duyğuları yaşayır. Biz çox şanslı nəsilik ki, Ulu Öndər Heydər Əliyevlə eyni dövrdə yaşamışıq. Ümummilli liderimizi belə anmaq istədim. Özəl gündə sevgi dolu layihəmi sizlərə əmanət edirəm”.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ