Həftəsonları təmizlik aksiyaları keçiriləcək

13:13 10-05-2024 | icon 194 | Cəmiyyət
Həftəsonları təmizlik aksiyaları keçiriləcək

“Təmiz ölkəm” devizi ilə növbəti dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən 11 may tarixindən hər həftə sonu maarifləndirici təmizlik aksiyalarına start verilir”.

 

Versus.Az xəbər verir ki, bunu ETSN-nin sözçüsü İradə İbrahimova deyib.

 

Onun sözlərinə görə, mövsümi təmizlik aksiyaları bütün respublikanı əhatə edəcək, məqsəd hər kəsi öz atdıqları tullantıları toplamağa sövq etməkdir:

 

“Gözləntimiz odur ki, “Təmiz ölkəm” sadəcə deviz, şüar olaraq qalmasın, evimiz kimi ölkəmizin də hər bucağı tərtəmiz olsun. Bu, hər birimizin məsuliyyətidir və təmizlik aksiyalarında iştirak etmək, örnək göstərmək vətəndaşlıq borcumuzdur. Çünki cəmiyyəti narahat edən məsələlərdən biri də xüsusilə istirahət mövsümündə ərazilərin çirkləndirilməsidir. Yay gəlir, təbiət turizmi mövsümü başlayır. Gəlin, tullantıları hara gəldi atmayaq və onlara nəzarət edək. “Təmiz ölkəm” üçün hər kəs öndə getsə, “zibili hara gəldi atmaq” vərdişinin yox edilməsinə çalışsa, ərazilərimizi çirkləndirən kimsə qalmaz”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ