İlk insanların Avstraliyaya gəldiyi müəyyən edildi

07:52 16-05-2024 | icon 357 | Maraqlı
İlk insanların Avstraliyaya gəldiyi müəyyən edildi

Tədqiqatçıların qənaətinə görə, qədim insanlar Avstraliyaya piyada gəliblər. Bu tezislə bağlı alimlərdə uzun illərdir ümumi razılıq olsa da, marşrut barədə yekdil fikir yox idi. İndi isə insanların qitəyə gəlişi marşrutu da məlum olub.

 

Versus.az xəbər verir ki, bu barədə elmi tədqiqatların nəticələri “Nature Communications” jurnalında dərc edilib.

 

Məqalə müəllifləri bildirirlər ki, qədim insanlar Avstraliyaya Sahul adlanan yolla gəliblər. Bu yol Şərqi Timordan Avstraliyayadək uzanırdı.

 

İnsanların materikə köçü 70 min il əvvəl başlayıb, 35 min il əvvəl başa çatıb. Proses Buz dövründə baş verib. Buzlaşmaya görə bir çox ərazi quru sahəsinə çevrilib. Yığıcılıq və ovçuluqla məşğul olan insanlar ildə təqribən 1 kilometr Avstraliyaya doğru irəliləyiblər. O dövr insanı üçün tanımadığı ərazidə bu, çox böyük sürətdir. Çünki hər addım yeniliklərlə dolu idi. Buz dövrü başa çatdıqdan sonra yol su altında qalıb və insanlar qitəni bir daha tərk edə bilməyiblər.

 

Tədqiqatçılar bildirirlər ki, marşrutun dəqiqləşdirilməsi arxeoloqlar üçün yeni tədqiqat sahələri açır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Qubadlı Şəhəri Günüdür

Nazirlikdən özəl bağçalarla bağlı QƏRAR

Əlində qəribə bir şey tapıldı

Ordumuzun döyüş texnikaları hazır vəziyyətə GƏTİRİLİR

Dünyanın ən utancaq insanı

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Prezident bu postu LƏĞV ETDİ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

3 boksçumuz dünya birinciliyində qalib gəldi

ürkiyədə PKK-ya qarşı ƏMƏLİYYATLAR

Alimlərdən XƏBƏRDARLIQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA