Deputat xarici maşın hədiyyə edəcək
“Məktəblərə əvvəlcə müəllimlər gəlsin, sonra 700 baldan danışarıq”
Deputat qeyd edib ki, bu məqsədlə, Rusiyada, Bakıda olan iş adamları ilə görüşlər keçirib.
Bəs, deputatın təklifi abituriyentlərin dərsə olan marağına necə təsir göstərəcək?
Blaban kənd orta məktəbinin Coğrafiya müəllimi Amil Məmmədov açıqlamasında İqbal Məmmədovun fikrini təqdirəlayiq hesab edib:
“Bu addım uşaqlara stimul verəcək və onların dərsə olan həvəsini artıracaq. Fikri dəstəkləyir, hörmətli deputatımıza təşəkkür edirəm. İdeyanı çox bəyəndik. Bu il Lerikdən 700 bal toplayanın olub-olmayacağını indidən proqnozlaşdırmaq olmaz, amma inanıram ki,bu sevinci biz də yaşayacağıq. Abituriyentlərimizin də təklifə münasibətləri yaxşıdır. İdeya gələcəkdə digər şagirdlərin dədaha həvəsli oxumasına, dərslərinə məsuliyyətlə yanaşmasına şərait yaradacaq”.
Vistən kənd tam orta məktəbinin Riyaziyyat müəllimi Rusif Məmmədov da qərarı müsbət addım kimi dəyərləndirib:
“Bu fikrə münasibətimiz çox yaxşıdır. Amma 700 bala namizəd şagird yetişdirmək üçün gərək məktəblərdə bütün ixtisaslar üzrə müəllimlər çalışsın. Xüsusilə də əvəzedici müəllimlərin əsas fənləri tədris etməsi düzgün deyil. Müəllimlərin dərs bölgüsündə də düzgünlük qorunmalıdır. Fənni tədris edənin 700 ballı abituriyent hazırlamağa gücü olmalıdır. Məktəblərdə laboratoriyalar qurulub, lazımi şəraitlə təmin olunmalıdır. Hazırda Lerikdə ixtisas müəllimlərinin əksəriyyəti yoxdur”.
Rusif Məmmədov qeyd edir ki, müəllim çatışmazlığı səbəbindən dərs bölgüsü diaqnostik bala görə aparılmır:
“Bu cür şərait mövcud olduğundan Lerik rayonundan 700 bal toplayan şagird çətin olsun. Bu nəticəni əldə etmək üçün şagird gərək, ya rayon mərkəzindəki məktəblərdən birində oxusun, ya da başqa rayonlarda repetitor yanına getsin. Başqa cür, Lerikdə 700 bal toplayan abituriyentin olması inandırıcı deyil. Çünki məktəblər tam şərait və müəllimlə təmin olunmayıb. Gənc müəllimlər bura gəlməyə maraq göstərmirlər. İlk növbədə, müəllimləri cəlb eləmək lazımdır ki, onlar da 700 ballıq şagird hazırlaya bilsinlər”.
Versus.Az
Xəbər lenti
DİN-dən XƏBƏRDARLIQ
Şəxsi bank kart məlumatları ələ keçirilir