Nəvəsini zibil qabına tullayan nənənin ifadəsi dəhşətə gətirdi

16:40 07-03-2019 | icon 829 | Hadisə
Nəvəsini zibil qabına tullayan nənənin ifadəsi dəhşətə gətirdi

 

Nənə nikahsız dünyaya gələn nəvəsini zibilliyə atıb.

 

Versus.Az  xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin Ərzurum şəhərində, Qurtuluş qəsəbəsində baş verib.

 

Ərzurumda yeni doğulan körpəni zibil qabına atan Ayten Kağızmanlı ilə anası Fadime Kağızmanlının məhkəməsi keçirilib.

 

Onlar hakim qarşısında ifadə veriblər. Uşağın nənəsinin ifadəsi məhkəmə zalındakıları təəccübləndirib: "Körpəni məscidin qarşısına qoymaq istəyirdim, bağlı olduğuna görə zibilliyə atdım. Sellofanın ağzını bağladım ki, soyuqda üşüməsin"

 

"Uşaq nikahdan kənar dünyaya gəlmişdi deyə atamın məni öldürəcəyindən qorxdum. Tualetdə doğduğum uşağı sellofana qoyub, anama verdim", - zibilliyə atılan körpənin anası hakim qarşısında söyləyib.

Qeyd edək ki, körpə səsini eşidənlər uşağı zibillikdən çıxarıb, həkim çağırıb, polisə xəbər veriblər. Uşaq hazırda dövlətin himayəsindədir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı