Anası 5 yaşlı qızını evdə qoyub getdi

14:56 11-03-2019 | icon 488 | Hadisə
Anası 5 yaşlı qızını evdə qoyub getdi

 

Rusiyanın paytaxtı Moskvadakı Leninqrad şossesində yerləşən binalardan birində sahibsiz, təkbaşına qalzzmış 5 yaşlı qız xilas olunub.

 

Versus.Az Life-a istinadən bildirir ki, 5 yaşlı qız xəstəxananın reanimasiya bölməsinə aparılıb. Qonşuların dediklərinə görə, uşağı evdə tək qoyaraq yoxa çıxmış ananı polislər saxlayıblar. O, hazırda istintaqda ifadə verir.

Moskva Şəhər Prokurorluğundan verilən məlumata görə, zibilxanaya çevrilmiş mənzildə yaşayan qızda anoreksiya əlamətləri var. Onun boynunda dərisinə yapışmış xaç aşkarlanıb.

Sosial şəbəkələrdə "Moskva Mauqlisi" adlandırılan qız danışa bilmir, yalnız səslər çıxarır. O, geyinməyi, yuyunmağı, ayaqyoluna getməyi də bacarmır.

Həddən artıq ağır formada arıqlamış uşaq indi müalicə olunur. Həkimlərin dediklərinə görə, 5 yaşlı qız hətta çeynəmək və udmaq bacarıqlarından məhrum olduğu üçün müalicə çox çəkəcək.

 

Qızın 47 yaşlı anasına qarşı RF CM-nin 30 və 105-ci maddələri əsasında cinayət işi qaldırılıb.

"Bu qızın anası mənzilə çox nadir hallarda gəlirdi. Əri onu uşaqla atıb, sonra da deportasiya olunub. Uşaq mənzildə qışqırır, ağlayır, özünü qapıya çırpırdı. Mən də polis çağırdım", - qonşulardan biri deyib.

 

Versus.Az

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

Nura Surinin “Dünyaya qəribəm” klipi

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı