"Eşq və Ölüm" baletinin tamaşası keçiriləcək

09:26 14-03-2019 | icon 22 | Mədəniyyət
"Eşq və Ölüm" baletinin tamaşası keçiriləcək

Martın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, professor, diplomat, tanınmış ictimai xadim Polad Bülbüloğlunun "Eşq və Ölüm" baletinin tamaşası keçiriləcək.

 

Versus.Az xəbər verir ki, “Eşq və Ölüm” "Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınmış balet tamaşasıdır.

«Eşq və Ölüm» baleti həyat və ölüm, məhəbbət və nifrət, dostluq və xəyanət kimi əbədi mövzulara toxunur. Bu tamaşa ölməz məhəbbət və qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini vəsf edir.

 

Balet ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru Vəkil Usmanov tərəfindən səhnəyə qoyulmuş, Bakıdakı möhtəşəm premyerasında sonra Sankt-Peterburqun Mariinski Teatrında və Moskvada Böyük Teatrın səhnəsində uğurla nümayiş olunmuşdu. 2010-cu ildə "Eşq və Ölüm" rusiyalı xoreoqraf - Rusiyanın Əməkdar incəsənət xadimi Nadejda Malıgina tərəfindən Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulmuşdu. Həmin quruluş 2011-ci ildə Rusiya Akademik Böyük Teatrında və Türkiyənin paytaxtı Ankarada nümayiş olunmuşdu.

 

Martın 23-də nümayiş olunacaq tamaşa 2015-ci ildə Nadejda Malıgina tərəfindən P.Bülbüloğlunun 70 illik yubileyi münasibətilə səhnəyə teatrımızda qoyulmuşdur. Tamaşanın quruluşçu rəssamı tanınmış rusiyalı teatr rəssamı Dmitri Çerbadji, dirijoru Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyevdir.

 

Əsas rollarda Cəmilə Kərimova (Baycan), Anar Mikayılov (Azər), Nigar İbrahimova (Ölüm), Samir Səmədov (Məlik xan), Gülağası Mirzəyev (Qazan xan) və b. çıxış edəcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Prezident onları əfv etdi - SİYAHI

“Əfv fərmanını alqışlayıram"

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

"Ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir"