“Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib

10:00 14-03-2019 | icon 17 | Cəmiyyət
“Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) maarifləndirmə tədbirlərini davam etdirir. “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi”ndə keçirilib.

 

AQTA-dan Versus.Az-a verilən məlumata görə, tədbirdə yetkinlik yaşına çatmayan uşaqlara və mərkəzin işçi heyətinə layihə haqqında ətraflı məlumat verilib, onlara “Qida zəncirinin mərhələləri” mövzusunda videoçarxlar təqdim edilib.

 

Daha sonra Agentliyin mütəxəssisləri “İlkin qida təhlükəsizliyi vərdişləri”, “Sağlam qidalanma”, "Qida zəhərlənmələri zamanı ilkin profilaktik tədbirlər", “Suyun faydaları” mövzularında təqdimatlar nümayiş etdirib.

 

Sonda Agentliyin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb, Agentliyin xatirə hədiyyələri təqdim olunub.

 

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər və yeniyetmələr arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Prezident onları əfv etdi - SİYAHI

“Əfv fərmanını alqışlayıram"

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

"Ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir"