Xəzər rayonunda Qadın Resurs Mərkəzi açılıb

10:46 14-03-2019 | icon 21 | Cəmiyyət
Xəzər rayonunda Qadın Resurs Mərkəzi açılıb

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı əsasında Bakı şəhərinin Xəzər rayonunda Qadın Resurs Mərkəzinin açılış mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, açılış mərasimində Xəzər Rayonu İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibinin Köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Rəhbərinin Müavini və BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun Direktoru xanım Miryana Spolyariç Eqqer, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin nümayyəndəsi xanım Simona Haeberli iştirak edib.

 

Xəzər rayonunda açılmış Qadın Resurs Mərkəzi bu rayondakı qadınların iqtisadi və sosial təşəbbüslərinin planlaşdırılması və əlaqələndirilməsi, potensiallarının artırılması, sahibkarlıq fəaliyyəti, peşə təhsili üçün imkanların yaradılması və ictimai dəstək qazanılması üçün ictimai bir platforma rolu oynayacaq.

 

Tədbirdə “Öz biznesinə başla və inkişaf et” müsabiqəsinin qalibləri və sahibkarlıq fəaliyyətinə başlamaq üçün qeyri-pul şəkilində qrantla təmin ediləcək 14 qadına sertifikatlar təqdim olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Prezident onları əfv etdi - SİYAHI

“Əfv fərmanını alqışlayıram"

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

"Ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir"