"Aida" tamaşası 

14:12 14-03-2019 | icon 25 | Mədəniyyət
"Aida" tamaşası 

 

Versus.Az milli.az-a istinadla xəbər verir ki, martın 30-da Azərbaycan Opera və Balet Teatrında dünya opera sənətinin şah əsərlərindən biri sayılan  C.Verdinin "Aida" operasının tamaşası keçiriləcəkdir.

Opera və Balet Teatrının Mətbuat Xidmətindən  verilən məlumata görə, tamaşada Aida partiyasını Azərbaycanın Əməkdar artisti, "Humay" milli mükafatının laureatı Afaq Abbasova ifa edəcəkdir.

Radames rolunu ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andrey Romanenko dəvət olunmuşdur.

Əsas partiyalardan biri olan Amneris partiyasında isə həmyerlimiz - Azərbaycanın Əməkdar artisti, Mariinski Akademik Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Regina Rüstəmova çıxış edəcəkdir.

 

Tamaşada həmçinin Teatrımızın aparıcı solistləri - Azərbaycanın Xalq artistləri Əli Əsgərov (Misir şahı),   Əkrəm Poladov (Ramfis), Gülnaz İsmayılova (Kahin qadın) və Əməkdar artistlər Cahangir Qurbanov (Amonasro) və Tural Ağasıyev (Çapar)   çıxış edəcəklər.

Opera tamaşasını  Xalq artisti, professor  Yalçın Adıgözəlov idarə edəcəkdir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Prezident onları əfv etdi - SİYAHI

“Əfv fərmanını alqışlayıram"

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

"Ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir"