Rezidentura üzrə sınaq imtahanına qeydiyyat sabah yekunlaşır

16:26 14-03-2019 | icon 20 | Təhsil
Rezidentura üzrə sınaq imtahanına qeydiyyat sabah yekunlaşır

  

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) üzrə keçiriləcək sınaq imtahanına onlayn qeydiyyat martın 15-də başa çatır.

Versus.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, sınaq imtahanı martın 16-da DİM-in Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq.

Sınaq imtahanında iştirak etmək istəyənlər martın 15-i saat 17:00-dək DİM-in internet saytında qeydiyyatdan keçməlidirlər.

Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar.

Qeyd edək ki, rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır. Rezidenturaya qəbul dövlət təhsil standartına uyğun olaraq hazırlanmış baza ali tibb təhsili proqramları əsasında, Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların təsnifatı”nda qeyd olunan həkim-mütəxəssis ixtisasları üzrə aparılır.

Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədərdir. Rezidenturada həkim-mütəxəssis hazırlığı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş klinik bazalarda və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində aparılır. Azərbaycan Respublikasının vətəndaşları üçün rezidenturada təhsil dövlət sifarişi əsasında həyata keçirilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Prezident onları əfv etdi - SİYAHI

“Əfv fərmanını alqışlayıram"

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

"Ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir"