Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq istəyənlər üçün müsabiqə şərtləri

12:41 15-03-2019 | icon 24 | Təhsil
Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq istəyənlər üçün müsabiqə şərtləri

 

Xəbər verdiyimiz kimi, bu gündən ali və orta təhsil müəssisələrinə sənəd qəbulu start götürüb.

 

Versus.Az Dövlət İmtahan Mərkəzinə istinadən, xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq istəyənlər üçün müsabiqə şərtlərini təqdim edir:

 

Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq istəyən abituriyentlər 15 aprelə qədər elektron ərizələrini təsdiq etməklə yanaşı, müvafiq ali təhsil müəssisələrinin müəyyən etdikləri xüsusi prosedurlardan keçməlidirlər.

Həmin prosedurlar xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul elanları, “Abituriyent” jurnalının 1-ci nömrəsində əks olunub.

Azərbaycan Tibb Universitetinin “Hərbi həkim işi” ixtisası üzrə sentyabrın 15-nə kimi 16 yaşı tamam olub 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları təhsil ala bilərlər. Bu ixtisas üzrə təhsil almaq istəyən abituriyentlər 15 aprelədək elektron ərizələrini təsdiq etdikdən sonra 2019-cu il aprelin 1-dən etibarən Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi rəisinin adına ərizə ilə müraciət etməli, sonra hərbi tibb fakültəsində hərbi həkim komissiyasından keçməlidirlər.

Naxçıvan Muxtar Respublikasında yaşayanlar ərizələrini Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə təqdim edib, həmin təhsil müəssisəsində hərbi həkim komissiyasından keçməlidirlər.

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu aprelin 15-nə kimi davam edəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Prezident onları əfv etdi - SİYAHI

“Əfv fərmanını alqışlayıram"

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

"Ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir"