İndoneziya səfiri AzMİU tələbələri ilə görüşüb

14:08 15-03-2019 | icon 22 | Təhsil
İndoneziya səfiri AzMİU tələbələri ilə görüşüb

Bu gün İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bəy Fanani Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrlə görüşüb.

 

AzMİU-dan Versus.Az-a verilən məlumata görə, görüşü giriş sözü ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açıb, qonaqları salamlayıb, İndoneziyanın ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu deyib. G.Məmmədova səfirin ölkəmizi çox sevdiyini, Azərbaycanın tarixini, mədəniyyətini yaxşı tanıdığını vurğulayıb. Universitetin rəhbərliyini, müəllimləri və tələbələri salamlayan səfir görüşün təşkil edilməsinə görə AzMİU-nun rəhbərliyinə təşəkkür edib. Hüsnan Bəy Fanani Novruz bayramı ərəfəsində AzMİU-nun tələbələri ilə görüşmək və onların qarşısında çıxış etməkdən məmnun olduğunu bildirib.

 

Diplomat əhalisinin sayına görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya Respublikasının tarixi, mədəniyyəti və iqtisadiyyatı haqqında tələbələrə ətraflı məlumat verib. Mədəni və mental dəyərlər baxımından iki ölkə xalqı arasında oxşarlıq olduğunu bildirən səfir İndoneziyanın multikultural, plüralist ölkə olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda olduğu qısa vaxtda bu ölkəni artıq yaxşı tanıdığını və sevdiyini bildirib. Azərbaycan mədəniyyəti, elmi, ictimai-siyasi həyatı ilə uşaqlıq yaşlarından maraqlandığını deyən səfir Azərbaycanda çox böyük işlər gördüyünü, ölkəmizin dinamik inkişaf yolunda olduğunu bildirib. Tələbələr qarşısında çıxış edən Hüsnan Bəy Fanani Azərbaycanın dünyanın ən gözəl, zəngin ölkələrindən biri olduğunu vurğulayıb. Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan diplomat ölkəsinin Azərbaycanın ədalətli mövqeyini – ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə etdiyini vurğulayıb.

 

İndoneziyanın mədəniyyətini və paytaxtı Cakarta şəhərini əks etdirən videoçarxın nümayişindən sonra səfir əvvəlcədən hazırladığı musiqi kampazisiyası ilə tədbir iştirakçılarının təəccübləndirib. Səfirin pianodakı ifası maraqla qarşılanıb, gurultulu alqışlarla müşayiət olunub. Eyni zamanda cənab Fanani İndoneziya milli müsiqisini və məşhur Azərbaycan mahnıları olan xalq mahnısı “Sarı gəlin”, “Azərbaycan”, “Gəl səhərim”i tələbələrlə birgə ifa edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Prezident onları əfv etdi - SİYAHI

“Əfv fərmanını alqışlayıram"

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

"Ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir"