“Azərxalça”nın Lənkəran filialı ilə tanışlıq

19:56 16-03-2019 | icon 1189 | Sosial
“Azərxalça”nın Lənkəran filialı ilə tanışlıq

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovun başçılıq etdiyi nümayəndə heyəti Lənkərana iki günlük səfər edib.

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, bölgəyə tanışlıq məqsədi daşıyan səfər çərçivəsində dağıstanlı qonaqlar Cəmiyyətin Lənkəran filialı ilə də tanış olublar.

Məlumat verilib ki, bu filial 2018-ci il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.

 

Filial binasının tikintisinə 2018-ci ilin martında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması üçün müasir iş şəraiti yaradılıb. Bina toxuculuq emalatxanası, inzibati otaq, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada, əsasən, Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük verilir.

 

Bildirilib ki, müəssisədə çalışan toxucular "Azərxalça"nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

 

Qeyd olunub ki, qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, artıq filialda 100-dən çox xalça kəsilib. Dövlət başçısının böyük uzaqgörənliklə yaratdığı Lənkəran xalça istehsalı emalatxanası bu bölgədə xalçaçılıq ənənələrinin yaşadılmasına və inkişafına öz töhfəsini verir.

Qonaqlar burada toxunan xalçalara heyran olduqlarını bildiriblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür