"Qadına şiddətə yox" deyərək səslərini ucaldanlar...

09:47 17-03-2019 | icon 1181 | Kürsü
"Qadına şiddətə yox" deyərək səslərini ucaldanlar...

...Qadın-kişi münasibətlərinə nifaq salmayaq

 

 

 PƏRİŞAN MUSAZADƏ

/Şəhid övladları və kimsəsiz uşaqlara yardım İB/



Bu günlərdə qarşıma video çıxdı. Bir tərəfdə "Qadına şiddətə yox" deyərək səslərini ucaldan qadınlar. Digər tərəfdən isə kişi jurnalistlərə şiddət göstərən xalalar... Qadın jurnalistin boğazından yapışaraq çəkilməsini istəyən qadınlar...

 

Anlamsız bir səhnə...

Hər kəs bilir, hər zaman demişəm ölkəmdə güclü qadınların olmasını istəmişəm. Özünə güvənən, savadlı, arxasında bir kimsələr olmayanda belə, həyatda sağlam qalmağı bacaran qadınların olmasını istəmişəm. Və ən önəmlisi, ətrafıma baxıram, məndən çox rayonlarda olan, insan tanıyan insan bəlkə də yoxdur. Həmçinin şəhər...

 

Azərbaycanda qadına şiddət bizim küçələrdə dilə gətirdiyimiz qədər deyil. Şiddət var... Faiz olaraq çox azdır digər ölkələrdən. Amma bir düşünün, bu şüar ilə küçələrdə haqqımızı tələb edərək nə edirik? Guya evində qadınına şiddət göstərən kişi bunu görüb deyəcək qorxdum, daha səni döyməyəcəm? Yox, deməyəcək. Tam əksi, şiddət göstərən evindəkini necə deyərlər, daha da başıqapazli edəcək ki, küçələrdə sözünü deyə bilən qadınlar var və mənim qadınım da onlardan biri ola bilər. Və tam əksi, qadınların haqqını tələb edərkən, qadını necə pis vəziyyətə saldığınızın fərqində deyilsiniz.

 

Bəli, Azərbaycanda qadına söz azadlığı daha azdır. Mən də istəyirəm bunu dilə gətirək. O zaman o kiçik faizli şiddət də aradan götürüləcək. Amma bunu düzgün şəkildə etməliyik. Bunun üçün həm kişilər, həm qadınlar üçün səviyyəli tədbirlər, seminarlar təşkil olunmalıdır. Və bu, dövlət səviyyəsində olunmalıdır. Dövlət qurumları bura cəlb olunmalıdır. Müəyyən qadağa, təzminatlar və cəzalar olunmalıdır ki, olan faiz də aşağı ensin. Və bildiyimə görə, bu çağırışları edənlərin çoxu savadlı qadınlardır. O zaman niyə bu yolu seçirik? Daha savadlı bir yolu istifadə etmirik? Və hərdən mənə elə gəlir ki, bəzi insanlar bilərək bu cür səs yayır, şişirdir. Amma doğru yolu seçməyərək...

 

Biz buna "Qadına şiddətə yox" deməyək (hələ kişiləri döyən qadınları gördükdən sonra). Biz buna "Canlılara şiddətə yox" deyək. Ayrı-seçkilik edib yaşamlarımızı məhv etməyək. Və qadın-kişi münasibətlərinə nifaq salmayaq. İmkan verək iki qarşı cins qorxmadan bir-birini sevə bilsin. Və bir-birinə qarşı öhdəliklərini bilsin.

 

P.S. Bunu demək olar ki, yaşından çox problem yaşamış və sıfırdan başlayan qadın olaraq yazıram.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?