BAĞIŞLA, ANA

09:59 17-03-2019 | icon 970 | Ədəbiyyat
BAĞIŞLA, ANA

Gözlərini açdı. Pəncərədən süzülən günəş şəfəqləri çöhrəsini nura boyadı. “Deyəsən, yatıb qalmışam günortaya”, -deyə fikrindən keçirdi. Stolun üstünə qoyulmuş saata tərəf boylandı. On birə işləyirdi. Cəld qalxdı, çarpayısını yığışdırıb əl-üzünü yumaq üçün otaqdan çıxdı. İstirahət günü idi. Dünən rəfiqələri ilə şərtləşmişdilər ki, bu gün birlikdə kinoya getsinlər. Seans saat on iki tamamda başlanacaqdı...



... Mətbəxə keçdi. Anası evdarlıqla məşğul idi. Amma Qərənfilin səhər yeməyi stolun üstünə qoyulmuşdu. Üzərinə ağ örtük çəkilmişdi.

- Mənim ağıllı qızım, səhər yeməyin stolun üstündədir - anası qayğıkeşliklə dedi. 

Stol arxasında əyləşdi. İştahla yeməyə başladı. Elə bu vaxt beşikdə yatan körpə qardaşı ağlamağa başladı. Ana öz işindən ayrılmağa məcbur oldu. 
Qərənfil paltarını dəyişib otaqdan çıxanda anası hələ də körpə qardaşının beşiyi başında idi.

- Qızım, o stəkan-nəlbəkini yu, sonra get, - anası mehribanlıqla dedi.

- Vaxtım yoxdur, gecikirəm...

- Yaxşı, onda gəl qardaşının beşiyini yırğala, mən yuyum.

- Qoymazsan də...

Beşiyi bir-iki dəfə könülsüz yırğalayıb evdən çıxdı...



... Kinoda çoxlu uşaq vardı. Tənbəl Kərimin macəralarından bəhs edən film göstərilirdi. Ona nə iş tapşırırdılarsa, bəhanə axtarır, boyun qaçırırdı. Hətta, onu hədsiz sevib-əzizləyən ağbirçək nənəsinin tapşırığını da yerinə yetirmir, kömək etmirdi. Tamaşaçılar da onun hərəkətlərinə ürəkdən qəşş edib gülürdülər. Təkcə Qərənfilin çöhrəsində şadlıq əlaməti, sevinc hissləri görünmürdü... 



Film başa çatdı. Hamı kimi Qərənfil də ayağa qalxdı. Pəjmürdə halda birbaşa evə qayıtdı. Anası evdə yox idi, kiçik qardaşını da götürüb harasa getmişdi. Qərənfil paltarını dəyişib işə başladı. Ev-eşiyi yığışdırdı, hər yanda səliqə-sahman yaratdı. Dibçəklərdəki gülləri suvardı... Sonra da öz otağına çəkilib, müəllimlərinin verdiyi tapşırıqları həvəslə yerinə yetirməyə başladı. 



...Qapının zəngi onu öz dünyasından ayırdı. Həyəcan içərisində qapıya doğru addımladı. Anası idi. Elə içəriyə daxil olan anda evdəki səliqə-sahman ananın nəzərindən yayınmadı. Bir qədər təəccübləndi də. Amma bu təəccüb uzun sürmədi. Qız anasının üstünə yüyürdü, onu qucaqlayıb üz-gözündən öpdü. Bircə kəlmə bunu deyə bildi: 

- Bağışla ana!...



Əmrah Fəqanoğlu
(Hekayə 1984-cü ildə "Pioner" jurnalında dərc olunub)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol