“Əfv fərmanını alqışlayıram"

10:58 17-03-2019 | icon 578 | Siyasət
“Əfv fərmanını alqışlayıram"

Prezident İlham Əliyev növbəti əfv fərmanı imzalayıb. Siyahıda 400-dən çox məhbusun adının yer alması təqdirlə qarşılanıb. Xüsusilə də əfv siyahısında sürpriz adlaırın olması məmnunluq doğurub.

 

Sabiq millət vəkili, Ümid Partiyasnın sədri İqbal Ağazadə Musavat.com-a açıqlamasında Prezidentin imzaladığı əfv fərmanını alqışladığını bildirib:

“Ümumilikdə siyasi məhbus siyahısında olan 50-yə yaxın şəxs əfv olunub. Səhv etmirəmsə, orada 44, ya 45 nəfər din xadimi, həmçinin Nardaran işinə, Quba, İsmayıllı hadisələrinə görə həbs edilənlər var. O cümlədən siyasi təşkilatların üzvü olanlar var ki, bunlar ayrı-ayrı hüquq müdafiə təşkilatlarının siyahısında siyasi məhbus kimi qeyd olunurdular. Alqışlayıram! Hər halda, 2019-ci il prosesləri yeni bir müstəviyə daşıya bilər”.

 

Ümid Partiyasının sədri əfv fərmanının dövlətimiz üçün faydalarından da bəhs edib:

“Siyasi məhbusların həbsdən azad olunması gələcəkdə imkan verir ki, siyasi partiyalarla da dialoq yaransın və cəmiyyət barış, dialoq müstəvisində Azərbaycanın problemlərini həll edə bilsin. Zatən Azərbaycana da, Azərbaycanın problemlərinə də, regiondakı yerimizə, vəziyyətimizə də yaraşan barış və dialoqdur. Çünki bizim vəziyyətimiz olduqca çətindir. Həm Cənubi Qafqazda, həm dünyadakı yerimiz olduqca çətindir, böyük problemlərimiz var. Ya zəlzələdən, ya vəlvələdən Ermənistan-Azərbaycan münaqişəsi gəlib elə bir yerə dirənib ki, burdan yalnız dil, düşüfncə, fikir, vətəndaş birliyi ilə çıxmaq mümkündür. Bununçünsə ilk növbədə hakimiyyət elə adddımlar atmalıdır ki, cəmiyyətin müxtəlif düşüncəli adamlarını bir araya, bir masa arxasına gətirə bilsin. Güman edirəm ki, bu da o addımlardan biridir”.

 

İ.Ağazadə belə bir situasiyada təmsil olunduğu müxalifət düşərgəsinin üzərinə düşən missiyadan da bəhs edib:

 

“Siyasi müxalifət daha çox hakimkiyyətin bu addımlarını təqdir edərək, böyük açılımlar etməyə həm həvəsləndirməlidir, həm də təminat verməlidir. Təminat verməlidir ki, biz bunu qiymətləndiririk. Bu, dəyərli addımdır və bu dəyərli addımın ardınca da müxalifətlə, o cümlədən demokratik seçkilərlə bağlı ciddi addımlar atılsın. Müxalifətin görməli olduğu iş əslində bu istiqamətdə hakimiyyətə dəstək verməlidir. Hər halda hakimiyyətə bir təminat verməlidir biz atdığınız addımların arxasındayıq və bundan kiminsə sui-istifafə etməsinə imkan verməyəcəyik, ölkəmizi möhkəmləndirəcəyik, problemlərimizi, demokratik seçkiyə, demokratik Azərbaycana qədər birlikdə əl-ələ verib, həll edib, sonra demokratik seçki nəticəsində xalqın formalaşdırdığı hakimiyyətdə hər kəs öz görəvini yerinə yetirəcək”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin