Əli İnsanovun yersiz iddiaları

15:01 18-03-2019 | icon 1149 | Kürsü
Əli İnsanovun yersiz iddiaları

Belə nüfuz sahibidirsə, "hamilərindən" Qarabağı tələb etsin

 

 MEHRİBAN SADIQOVA

/AXCP sədr müavini/

 

Novruz bayramı ərəfəsində imzalanmış əfv fərmanı bir çox ailələrə sevinc bəxş etdi. Əfv olunmuş şəxslərin ailələri ilə birlikdə bu əfv fərmanını səbirsizliklə gözləyən bizi - ictimaiyyəti də (xüsusən də siyasi məhbusların əfvi) sevindirdi.

Şəxsimə gəldikdə isə qadınların əfv olunmasına daha çox sevindim. Heç bir xanıma "bağlı qapılar arxasında" qalmağı arzu etmirəm.

Əfv olunanlar içərisində sabiq Səhiyyə naziri Əli İnsanovun olmasına da düzü əvvəlcə sevindim, sonra isə yersiz iddialı müsahibələrini oxuyub, keçmişi xatırladım. Düzdür, "insanın keçmişinə görə ona qiymət vermək" niyyətindən çox-çox uzağam. Amma Əli İnsanovun keçmişdə etdiklərini bu gün də bu və ya digər səpkidə təkrarlamaq iddiasını xatırladım...

Rusiyanın tələblərinə uyğun olaraq klanın yaradılması (əslində "klan" yaratmaq normaldır, amma şəxsi mənafe naminə, vəzifədə qalmaq xatirinə yox), səhiyyədə rüşvətxorluq və korrupsiya, orqan və qan alverinin təşkili və bunun şaxələndirilməsi. Düzdür, respublikada ilk "vərəm dispanserinin yaranması" da onun adı ilə bağlıdır. Təəssüf ki, bu, yüzlərlə mənfiliyin qarşısında çox cılızdır. Çıxdıqdan sonra da ənənəsinə sadiq qalaraq, bu dəfə Qərbin diktəsini səsləndirir (bu cür insanlar həmişə mənafe naminə "yıxılmağa" yer axtarır) və elə Qərbə də bu "intiriqa" lazımdır. Əgər Əli İnsanov belə nüfuz sahibidirsə və sözü keçərlidirsə, qoy öz "hamilərindən" şəxsi maraqlarını yox, bütün Beynəlxalq təşkilatlardan Qarabağın - İrəvanın, Zəngəzurun qaytarılması üçün səy göstərmələrini tələb etsin.

Və sonda mətbuatın da bu işdə səhvi var. Bu "niyyəti" başa düşməmək mətbuatın ən böyük səhvi oldu. Belələrinə imkan verilməməlidir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin