Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri təsdiq edilib

15:21 18-03-2019 | icon 636 | KİV
Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri təsdiq edilib

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Versus.Az xəbər verir ki, iclasda Fondun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə keçirilmiş ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri müzakirə edilib.

 

Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdə olan məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor Fondun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə elan edilmiş müsabiqənin 2019-ci il fevralın 1-dən martın 15-dək davam etdiyini bildirib. Vüqar Səfərli Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirilən müsabiqəyə 54 KİV-dən 145 yazının təqdim olunduğunu, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb.

 

Sonra müsabiqənin ekspertlərin rəyləri əsasında hazırlanmış yekun nəticələri iclasın müzakirəsinə təqdim edilib. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, İntiqam Hümbətov, Ayaz Mirzəyev, Əvəz Rüstəmov və Rasim Həsənov Fondun keçirdiyi müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyini stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin yekununda müsabiqənin şərtlərinə uyğun olaraq istiqamətlərin hər biri üzrə qaliblər elan edilib, ümumilikdə 109 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol