"Azərbaycan OPEK+ sazişi çərçivəsində göstəricilərini daha da yaxşılaşdıracaq"

16:46 18-03-2019 | icon 544 | İqtisadiyyat
"Azərbaycan OPEK+ sazişi çərçivəsində göstəricilərini daha da yaxşılaşdıracaq"

Gələn ay Azərbaycanın neft hasilatının azaldılması barədə OPEC+ sazişinin icrası ilə bağlı göstəriciləri daha da yaxşı olacaq.

 

Versus.Az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının yekunlarına dair mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, son iki il yarım ərzində Azərbaycan OPEC+ sazişi çərçivəsində öhdəliklərini artıqlaması ilə yerinə yetirib:

“Ötən ilin dekabrında Azərbaycan üzərinə yeni öhdəliklər götürdü. Bu ilin ilk yarısı ərzində Azərbaycan öz öhdəliklərini tam yerinə yetirəcək. Artıq gələn ay nəticələr daha yaxşı olacaq”.

 

P.Şahbazov əlavə edib ki, martın 17-18-də Bakıda keçirilmiş hər iki OPEC tədbiri uğurla keçdi:

“Azərbaycan OPEC+ formatının fəal üzvü kimi neft bazarında balansın qorunmasına öz töhfəsini verib. Azərbaycan bu sazişi gələcəkdə də dəstəkləyəcək”.

 

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.

 

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı