Hikmət Hacıyev: "Azərbaycanın da səbrinin həddi var"

12:00 19-03-2019 | icon 500 | Qarabağ
Hikmət Hacıyev: "Azərbaycanın da səbrinin həddi var"

 

Azərbaycan 25 ildən çoxdur ki, Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinin tərəfdarıdır. 

 

Versus.Az xəbər verir ki, bu fikirləri "Anadolu" agentliyinə müsahibəsində Azərbaycan Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

Onun sözlərinə görə, Azərbaycanın da səbrinin həddi var və Ermənistan ordusu BMT-nin qətnamələrinə uyğun olaraq işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalıdır, əks halda Azərbaycan BMT-nin nizamnaməsində göstərilən bütün hüquqlarından istifadə etməli olacaq.

H.Hacıyev bildirib ki, Ermənistan rəhbərliyi Sarqsyan-Koçaryan rejiminin səhvlərini davam etdirir və danışıqlar prosesini bloklayacaq bəyanatlar səsləndirirlər. 

O əlavə edib ki, beynəlxalq ictimaiyyət Ermənistana dəqiq siyasi və diplomatik mesajlar çatdırmalıdır: 

"Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ məsələsinin həlli üçün göstərdiyi səylər yetərsizdir".

"Danışıqlar prosesi 25 ildir davam edir. Bu müddətdə Azərbaycan torpaqları işğaldan azad edildimi? Xeyr. Qaçqınlar torpaqlarına geri qayıtdımı? Xeyr. Artıq işğalçı və hücumçuları öz adları ilə çağırmanın vaxtıdır", - PA rəsmisi bildirib.

O qeyd edib ki, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarındakı qızıl və mis mədənlərindən istifadə edərək, dünya bazarına satır və bu, bütün beynəlxalq sazişlərə ziddir. 

H.Hacıyev işğal altındakı torpaqlarda Azərbaycana aid dini və mədəni abidələrin məhv edildiyini, bunun sadəcə Azərbaycana deyil, dünya mədəniyyətinə vurulan zərbə olduğunu deyib. 

PA rəsmisi AƏT-in Minsk qrupunun həmsədrlərinin xalqların sülhə hazır olmasının vacibliyi ilə bağlı bəyanatına da diqqət çəkib. 

"Əminliklə deyə bilərəm ki, Azərbaycan xalqı sülhə hazırdır. Davamlı olması üçün sülh ədalətli olmalıdır. Ermənistan ordusu işğal altındakı bölgələrdən çıxmalı, qaçqınlar öz torpaqlarına geri qayıtmalıdır. Yalnız bu vəziyyətdə sülh əldə edilə bilər. Ermənistan hazırda apardığı xarici siyasət bütün region üçün ciddi təhlükədir", - o əlavə edib. 

H.Hacıyev Türkiyə-Azərbaycan arasındakı əməkdaşlığın ən yünsək zirvədə olduğunu da diqqətə çatdırıb. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI