Bədən tərbiyəsi akademiyası ilə müqavilə imzalanıb 

12:09 19-03-2019 | icon 433 | İdman
Bədən tərbiyəsi akademiyası ilə müqavilə imzalanıb 

 

Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında anlaşma memorandum imzalanıb.

 

Versus.Az milli.az-a istinadla xəbər verir ki, sənədi MPK prezidenti İlqar Rəhimov və ADBTİA-nın rektoru Fuad Hacıyev imzalayıblar.

Memorandum tərəflər arasında informasiya dəstəyi sahəsində əməkdaşlığı və təcrübə mübadiləsini əhatə edir.

Sənədə əsasən, komitə Akademiyanın İdman Jurnalistikası Magistr Proqramı ilə əməkdaşlığa başlayır. Bu əməkdaşlıq çərçivəsində magistr proqramının tələbələri komitənin tədbirlərinin, beynəlxalq və yerli yarışlarının işıqlandırılmasında fəal iştirak edəcəklər.

Buraya paralimpiyaçı idmançıların "həyat hekayəsi" tipli video çarxların hazırlanması, tədbirlərdə medianın operativ xəbərlərlə təmin olunması və media dəstəyi ilə bağlı digər məsələlər daxildir.

Bu əməkdaşlıq sayəsində İdman Jurnalistikası üzrə Magistr proqramının tələbələri təcrübə qazanacaqlar. Eyni zamanda ölkədə paralimpiya hərəkatının təşviqi sahəsində işlər görüləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin