Valideynlərin yaşadığı çaşqınlıq

12:45 19-03-2019 | icon 491 | Təhsil
Valideynlərin yaşadığı çaşqınlıq

 I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə aparılması yerlərdə şəffaflığın təmin edilməsi və məktəbin daha da əlçatanlığı baxımından təqdirəlayiq haldır. Amma elektron qeydiyyatdakı mikroərazi prinsipi bəzi valideynlərdə çaşqınlığa səbəb olub.

 

Tutaq ki, valideyn övladının rus dilində tədris almasını istəyir. Mikroərazi prinsipinə uyğun gələn məktəbdə bu bölmə üzrə boş yer qalmayıb. Rus bölməsində tədris aparılan digər məktəbə isə üstünlük dərəcələri və mikroərazi prinsipinə əsasən qəbul edilə bilməz.

Nə etməli?

Versus.Az Azedu.az-a istinadla bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva “Həftənin sualı” verilişində izləyicilərin suallarını cavablayarkən bu məsələyə də aydınlıq gətirib. Belə bir çaşqınlıqla üz-üzə qalan valideynlərə bildirib ki, heç də narahat olmasınlar. Təki azyaşlı həmin dildə ünsiyyət qurmağı bacarsın:

“Ola bilər ki, belə uşaqlar müsahibələrdə müxtəlif vaxtlarda iştirak etsinlər. Amma fərqli tədris dili üzrə məktəb seçimi bütün uşaqlar üçün mayın 1-də açılacaq. Bu zaman yaxın ərazidəki məktəblərdə rus bölməsi üçün yer olacaq”.

Qeyd edək ki, məktəbəqəbul prosesində fərqli tədris dilində təhsil almaq istəyən şagirdlərin öncə şifahi nitq bacarıqları yoxlanır. Burada hər hansı imtahan və ya bilik yönümlü sualdan söhbət gedə bilməz. Kompleksli, dil bilsə də danışmaqda çətinlik çəkən uşaqları nəzərə alaraq komisiya tərkibində psixoloq da fəaliyyət göstərir. Müsahibələr görmə və dinləmə cihazları ilə təchiz olunmuş məktəblərdə keçirilir. Şagird azyaşlı olduğu üçün müsahibə zamanı valideynin də onun yanında olmasına icazə verilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı