Cəzaçəkmə müəssisələrində peşə təhsili standartları müəyyənləşdirilib

13:44 20-03-2019 | icon 38 | Cəmiyyət
Cəzaçəkmə müəssisələrində peşə təhsili standartları müəyyənləşdirilib

Nazirlər Kabineti “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartları”nı təsdiq edib.

 

Versus.Az xəbər verir ki, standartlar cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində peşə təhsilinin məzmununu; cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində peşə təhsilinin idarə olunmasını; cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin maddi-texniki bazasını; cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin infrastrukturunu; təhsilverənlərin keyfiyyətgöstəricilərini; təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.

 

Bu standartlar Azərbaycan ərazisində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən bütün peşə təhsili müəssisələrinə və xüsusi peşə təhsili müəssisələrinə şamil olunur və peşə təhsili sahəsində ixtisaslar üzrə təhsil proqramlarının hazırlanmasında və tətbiqində əsas tutulur. Azərbaycanın Cəzaların İcrası Məcəlləsinə əsasən peşəsi və ixtisası olmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində peşə təhsili və peşə hazırlığı həyata keçirilir.

Peşə təhsili pilləsində tədris nəticəyönlü, səriştə əsaslı və modul strukturlu təhsil proqramları (kurikulum) əsasında həyata keçirilir və varislik təmin olunur.

Bu standartlar 5 ildən bir yenilənir.

 

Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində peşə təhsilinin məzmunu peşə təhsilinin dövlət standartlarına uyğun olaraq təşkil edilir. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tədris ili 2 yarımildən ibarətdir. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və nümunəvi tədris planına müvafiq olaraq yekunlaşır. Xüsusi peşə təhsili müəssisələrində təhsilalanların komplektləşdirilməsindən asılı olaraq, tədris prosesi ilin istənilən vaxtında başlana bilər. Dərs ili ərzində qış tətili 8 gündür.

 

Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində təlim məşğələləri 45 dəqiqə, məşğələlərarası fasilə isə 5-10 dəqiqə müəyyənləşdirilir. Tədris emalatxanalarında praktik məşğələlər zamanı təlimin birinci ilində hər 45 dəqiqədən, təlimin ikinci və sonrakı illərində hər 90 dəqiqədən sonra 10 dəqiqə fasilə verilir.

 

Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Şuranın iclaslarında təhsil sahəsində dövlət siyasətinə uyğun olaraq təlim-tərbiyə, tədris prosesinin təşkili və həyata keçirilməsi, işəgötürənlərlə qarşılıqlı əlaqələr, innovativ pedaqoji ideyaların və istehsalat yeniliklərinin tətbiqi, sağlam psixoloji mühit və təhlükəsiz şəraitin yaradılması, maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, maliyyələşmə ilə bağlı məsələlər, ümumi fəaliyyətin yaxşılaşdırılması, həvəsləndirmə, mükafatlandırma istiqamətində təkliflər və hesabatlar müzakirə olunaraq müvafiq qərarlar qəbul edilir.

 

Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisəsinə və xüsusi peşə təhsili müəssisəsinə Təhsil Nazirliyi ilə razılaşdırmaqla, nazirlik yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən vəzifəyə təyin edilən şəxs rəhbərlik edir.

 

Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarəti Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır