İsveçrədə də Novruz bayramı qeyd edilib

16:55 21-03-2019 | icon 398 | Cəmiyyət
İsveçrədə də Novruz bayramı qeyd edilib

İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycanlıların İsveçrədəki Koordinasiya Şurası tərəfindən Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

 

Azərbaycanın İsveçrədəki Səfirliyindən Versus.Az-a verilən məlumata görə, açılış mərasimində koordinasiya şurasının əlaqələndiricisi Qasım Nəsirov, o cümlədən bu ölkədəki diaspora təşkilatlarımızın rəhbərləri Arzu Əliyeva və Cevzet Aras çıxış edərək Azərbaycanın qədim mədəniyyət tarixində özünəməxsus yer tutmuş Novruz bayramı, onun adət və ənənələri, tarixi və xüsusiyyətləri barədə ətraflı məlumat verib, həmçinin Novruz bayramının məhz Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salındığı bildirilib.

 

Tədbir çərçivəsində həmçinin İsveçrədə fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri tərəfindən rəqs nümunləri qonaqlara təqdim olunub və Novruza həsr olunmuş şeirlər səsləndirilib.

 

Şənlik iştirakçılarına musiqi proqramı ilə yanaşı milli mətbəximizin ləziz nümunələri, o cümlədən şirniyyatlardan ibarət ziyafət verilib.

 

Tədbir Azərbaycanın bu ölkədəki səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Gecədə dispora üzvləri ilə yanaşı İsveçrə ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür