“Veysəloğlu” Qrupdan bayram sovqatı

17:23 21-03-2019 | icon 530 | Cəmiyyət
“Veysəloğlu” Qrupdan bayram sovqatı

“Veysəloğlu” Qrup Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb.

 

Versus.Az xəbər verir ki, “Veysəloğlu” Şirkətlər Qrupu Novruz bayramı ərəfəsində özünün Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində aztəminatlı ailələr və sosial qayğıya ehtiyacı olan vətəndaşlarla görüş keçirib. Belə ki, “Veysəloğlu” Qrupa daxil olan “Veysəloğlu” MMC, Ulduz şokolad fabriki, Araz Supermarketlər şəbəkəsi, həmçinin OBA marketlər şəbəkəsi Qızıl Aypara Cəmiyyəti, “Müharibə, Əmək və Silahlı Qüvvələr” İctimai Birliyinin Nizami rayonu, “Əlil və Veteranlar” İctimai Birliyinin Abşeron rayonu, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Nizami və Yasamal rayonu bölmələri, “Bakı Müharibə Əlil və Veteranlar” İctimai Birliyinin üzvləri, Binəqədi və Nizami Rayonu İcra Hakimiyyətinin qeydiyyatında olan bir qrup veteranlara, şəhid və aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim edib. Görüşlər Araz Supermarketlər və OBA marketlər şəbəkələrinin qarşısında baş tutub.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu ənənəvi olaraq bütün bayramlarda 500-ə yaxın sosial qayğıya ehtiyacı olan ailələrlə görüş keçirir, onları bayram ərzağı ilə təmin edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı