"Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək"

17:27 21-03-2019 | icon 542 | Siyasət
"Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək"

Qazaxıstan və Azərbaycan ortaq tarixi, mədəniyyəti, ənənələri bölüşən qardaş ölkələrdir. Dövlət müstəqilliyi əldə edildikdən sonra bu ənənəvi münasibətlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və qazax xalqının lideri Nursultan Nazarbayevin səyləri nəticəsində qorunub saxlanılıb və daha da inkişaf etdirilib. Həm Heydər Əliyev, həm də Nursultan Nazarbayev müstəqil dövlət qurucuları kimi öz adlarını əbədi olaraq xalqlarının tarixinə qızıl hərflərlə yazıblar.

 

Versus.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Kazinform agentliyinin xüsusi müxbirinə müsahibəsində söyləyib.

Əli Həsənov deyib:

“Birmənalı şəkildə demək olar ki, Qazaxıstanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında son 30 il ərzində baş vermiş bütün müsbət dəyişikliklərdə həlledici rol məhz N.Nazarbayevə məxsusdur. Qazaxıstan onun müdrik siyasəti nəticəsində beynəlxalq siyasətin nüfuzlu aktoruna, sürətlə inkişaf etmiş və dünyanın aparıcı iqtisadiyyatları sırasına qoşulmağı hədəfləyən sənaye ölkəsinə çevrilib.

Nursultan Nazarbayevin bütün fəaliyyəti öz xalqının rifahına xidmətə həsr olunub. O, həmçinin sadəcə qazaxların deyil, türk-müsəlman dünyasının tanınmış siyasi xadimidir. Buna görə də əminik ki, N.Nazarbayevin qəbul etdiyi növbəti qərar da qazax xalqının taleyində müsbət addım olacaq”.

 

Ə.Həsənov vurğulayıb:

“Azərbaycan inanır ki, bu qərar qazax xalqının firavan gələcəyini təmin edəcək. Şübhəsiz ki, Azərbaycan dövləti Qazaxıstanla, onun formalaşmaqda olan yeni rəsmi strukturları ilə dostluq, tərəfdaşlıq kursunu bundan sonra da davam etdirəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin