"Xalsız qalsaq da, oyunçulardan narazı deyiləm"

14:29 22-03-2019 | icon 460 | İdman
"Xalsız qalsaq da, oyunçulardan narazı deyiləm"

"Xalsız qalsaq da, oyunçulardan narazı deyiləm".

 

Versus.Az xəbər verir ki, bunu Avro-2020-in seçmə mərhələsində keçirilmiş Xorvatiya – Azərbaycan oyunundan (2:1) sonra millimizin baş məşqçisi Nikola Yurçeviç deyib:

 

“Dünyanın ən güclü komandalarından birinə qarşı oynadıq. Rəqib qrupun mütləq olaraq ən güclü komandasıdır. Bu oyuna ciddi hazırlaşmışdıq. Bəlkə də hissənin sonlarında qol buraxmasaydıq, xal qazana bilərdik. Xalsız qalsaq da, oyunçulardan narazı deyiləm".

 

Baş məşqçi xatırladıb ki, Xorvatiya FIFA reytinqində 4-cü yerdə qərarlaşıb:

"Bu görüş bizim gələcəyimiz, motivasiyamız üçün vacibdir. Azərbaycanda baharın gəlişi münasibətilə bayram qeyd olunur. Biz istəyirdik ki, göstərdiyimiz oyunla və qazandığımız nəticə ilə bu bayrama öz töhfəmizi verək. Təəssüf ki, xal qazana bilmədik, amma çalışdıq ki, öz oyunumuzla azarkeşləri sevindirək".

 

 

N.Yurçeviç əlavə edib ki, qarşıdakı müddətdə komanda ilə işləmək üçün çox vaxt olacaq:

"Ümid edirəm ki, Slovakiya və Macarıstanla oyunlarda daha yaxşı performans göstərəcəyik. Bu görüşlər bizim üçün həlledici olacaq. Optimistəm və inanıram ki, qələbə qazana biləcəyik".

 

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç isə Azərbaycan millisi çox motivasiyalı olduğunu bildirib:

"Oyunun əvvəlində çoxlu qol epizodu yarada bilmədik. Seçmə mərhələnin əvvəlində vacib 3 xal qazandıq. Oyunçularımı qələbə münasibətilə təbrik edirəm. Azarkeşlərə dəstəklərinə görə minnətdaram. İndi bizi Macarıstanla səfər oyunu gözləyir. Bu, seçmə mərhələnin əvvəlidir, qarşıdakı oyunlarda daha güclü olacağıq. Bir qədər səbrli olmalıyıq. Əsas odur ki, 3 xal qazandıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol