Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

17:47 23-03-2019 | icon 864 | Cəmiyyət
Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Novruz bayramını Azərbaycanın gözəl bölgələrindən birində - Şimal bölgəsində qeyd etdim. Mənim fikrimcə, həqiqətən də Azərbaycan təbiətin gözəlliyinə görə dünyada birinci yerdədir. Təbiətin gözəlliyi haqqında çox yazmaq olar, amma bu yazı başqa bir mövzu ilə bağlıdır. Bir günlük Şahdağ istirahət mərkəzinə yollandım. Yeməkxanada qiymətlərlə tanış olanda bir daha özümü həqiqətən də “analoqu” olmayan bir dövlətdə hiss etdim".

 

Versus.Az-ın məlumatına görə, bunu ALDP sədri Fuad Əliyev Novruz bayramı təəssüratlarını sosial mediada bölüşərkən bildirib. Partiya sədri Şahdağ istirahət mərkəzindəki yeməkxananın qiymətlərindən yazıb:

 

"Balaca “pitsa” – 7 manatdır (4,12$). Vaşinqtonda 45 sm. “pitsa” 9$-a satılır. Bir “pitsa” 6 hissədən olanda, onda "Şahdağ"da bütöv “pitsanın” qiyməti 24,72$ edir. Birdəfəlik stəkanda çay – 3 manat, lavaşdan hazırlanmış balaca qutab – 2 manat və sair.

Müqaisə üçün Bakıda “pitsa” 45 sm. 8 manat, bir çaynik çay – 2 manat, normal ölçüdə qutab – 0,50 qəpikdir. Nəzərə alsaq ki, Bakıya ət, göyərti rayonlardan gətirilir, işçi qüvvə, yerin icarəsı rayonlardan daha çoxdur, bu məntiqlə "Şahdağ"da qiymətlər qat-qat ucuz olmalıdır. Deyə bilərlər ki, bura turizm mərkəzidir, ona görə qiymətlər belədir. Amma mən hesab edirəm ki, bu cür Turizm Mərkəzlərində qiymətlər birinci növbədə Azərbaycan vətəndaşları üçün əl çatan olmalıdır. 2-3 nəfərlik kiçik ailənin orada bir günlük istirahəti bir aylıq maaşa bərabərdir. Ona görə də bizim vətəndaşlar əsasən Gürcüstan, Ukrayna, Rusiyaya və Türkiyəyə dincəlmək üçün səfər edir. Bu ölkələrdə Turizm Mərkəzlərində olan qiymətlər öz vətəndaşları üçün də əl çatandır".

 

F.Əliyevin diqqətini çəkən ikinci məsələ Şahdağda çalışanların Azərbaycan dilinə qarşı ögey münasibəti olub:

 

"İnsanların və xüsusən uşaqların bir neçə dil bilmələrinin tərəfdarıyam. Bu, savadın, dünyagörüşün artması deməkdir. Amma Azərbaycan dilini mütləq bilmək lazımdır. Bu, bizim Azərbaycan Respublikasının Qanununda təsbit olunub. Şahdağ Turizm Mərkəzində işçilərin Azərbaycan vətəndaşları olduğuna baxmayaraq, əksəriyyəti Azərbaycan dilini bilmirlər. Onlara müraciət edəndə başqa dildə cavab verirdilər. Mənim təhsil nazirinə sualım var. Şimal bölgələrində təhsil alan şagirdlər ali məktəblərə Azərbaycan dilində imtahan verərkən göstəriciləri necə olub?

"Şahdağ Turizm Mərkəzi" - Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Niyə nazirliyin əməkdaşları Azərbaycan dövlət dilinə hörmətsizlik edirlər, buna nəzarət etmirlər?"


ALDP sədri aidiyyatı şəxslərə mesaj olaraq hərkəsi Azərbaycan dövlət dilinə hörmət etməyə çağırıb və bir daha Azərbaycan dili haqqında qanunu xatırladıb:

 

"Maddə 1. Dövlət dilinin hüquqi statusu 1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur".

 

F.Əliyev bu günlərdə Gürcüstan prezidentinin azərbaycanlılarla görüşündə dediyi sözlərə diqqət çəkib:

 

"Gürcüstan prezidenti dedi ki, "mən sizlərə çox şey demək istəyirəm, amma bunu rus dilində demək istəmirəm. Çünki dövlət dili gürcü dilidir". Bəs biz niyə öz dilimizi bilmirik, ona hörmət etmirik?"

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı