Astana şəhəri Nur-Sultan oldu

18:57 23-03-2019 | icon 515 | Dünya
Astana şəhəri Nur-Sultan oldu

Qazaxıstanın yeni Prezidenti Kasım-Jomart Tokayev paytaxtın adının dəyişdirilməsi barədə konstitusiyaya dəyişikliyi imzalayıb.

 

Versus.Az xəbər verir ki, dövlət başçısının imzaladığı qanunda deyilir:

"Qazaxıstan Respublikasının paytaxtı Astana şəhəri Nur-Sultan şəhəri adlandırılsın".

 

Qeyd edək ki, bundan əvvəl K.Tokayev paytaxtın adının martın 19-da istefa verən ölkənin ilk Prezidenti Nursultan Nazarbayevin şərəfinə adlandırılmasını təklif etmişdi. Martın 20-də parlametin deputatları konstitusiyaya müvafiq dəyişikliyi qəbul ediblər. Dəyişikliyin qüvvəyə minməsi üçün dövlət başçısının qanunu imzalaması lazım idi.

 

Xatırladaq ki, Astana şəhərinin adı 1961-ci ilədək Akmolinsk, 1961-1992-ci illərdə Tselinoqrad, 1992-1997-ci illərdə isə Akmola olub. Şəhərə Astana adı (mənası "paytaxt") 1998-ci ildə Qazaxıstan paytaxtı statusu alanda verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI