“Aslan İsmayılov məhkəmədə xuliqanlıq edib”

18:54 03-10-2017 | icon 580 | Hadisə
“Aslan İsmayılov məhkəmədə xuliqanlıq edib”

“Dünən Aslan İsmayılov məhkəmədə hakimi itələyib və onun əynindəki paltarı cırıb. Bununla kifayətlənməyib bizim nümayəndəmizə də zərər yetirib”.

Bunu Versus.Az-a adı Aslan İsmayılov qalmaqalında hallanan MMP sədri Hafiz Hacıyev bildirib. Partiya sədri sosial mediada gedən məlumatların yalan olmadığını qeyd edib.

H.Hacıyev bildirib ki, Aslan İsmayılov Binəqədi rayon Polis bölməsində saxlanır və məhkəmədə baş verən olaya görə ondan ifadə alınıb:

“Polis nəyə görə bu məlumatı saxlayır? O zaman soruşmaq lazımdır, nəyə görə Hafiz Hacıyevdən ifadə almısınız. Ola bilər ki, indi kimlərsə məsələni gizlətsin, amma çox saxlaya bilməzlər. Mən özüm bu barədə ölkə prezidentinə məruzə edəcəm. Prezidentə, ailəsinə, mənə, məhkəmiyə, eləcə də başqalarına qarşı təhqiramiz fikirlər deyən bir adamı nəyə görə qoruyurlar? Görünür, Aslan İsmayılovun pulu bir az çoxdur və o pulu yeyənlər onu müdafiə eləmək istəyirlər. Amma mənasızdır. Biz də öz hüquqlarımızı müdafiə eləməyi bacarırıq. Həmin polislər Aslan İsmayılov tərəfindən paxırlarının açılmasından qorxurlarsa, bilsinlər ki, bizdə də məlumatlar var, biz də hər şeyi ortaya qoya bilərik”.

Kamran
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür