Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

21:47 24-03-2019 | icon 754 | Sağlamlıq
Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Qaraciyər bədən üçün əhəmiyyətli vəzifələri olan bir orqandır və fəaliyyəti olduqca müxtəlifdir. Bəs qaraciyərin vəzifələrini lazımi qaydada yerinə yetirmədiyini necə anlaya bilərik?

 

Versus.Az e-tibb.az-a istinadən Qaraciyərin normal işləmədiyini göstərən 6 əlaməti təqdimedir:

 

Qaraciyər, yediyimiz qidalardan faydalı maddələri almağımızı təmin edir. Eyni zamanda zəhər və alkoqol kimi qandakı zərərli maddələri təmizləyir. Əgər qaraciyər toksinləri tullantılara çevirməsə, fəaliyyətini yerinə yetirmədiyinə dair bədənə müxtəlif xəbərdarlıq siqnalları göndərəcək. Qaraciyərinizin sağlamlığından əmin olmaq üçün 6 əlamətə diqqət edin. Bu əlamətlərdən biri sizdə varsa, həkim müayinəsi mütləqdir.

 

Hipoqlisemiya (Qan şəkərinin azlığı)

Qaraciyər qandakı qlükoza səviyyəsini davamlı şəkildə idarə edər. Qaraciyər yığılmış qlükozanı qan dövranına ötürməzsə, qandakı qlükoza səviyyəsi aşağı düşər. Nəticədə də qan şəkəri enər və özünüzü yorğun hiss etməyə başlayarsınız.

 

Hormonal pozuntu

Qaraciyər estrogen və testosteron kimi cinsi hormonları da tənzimləyir. Bu orqan fəaliyyətini itirməyə başlaması ilə libido düşüklüyü, hormonal tarazsızlıq və menstruasiya öncəsi gərginliyin artması kimi problemlər ortaya çıxar.

 

İmmunitet sistemində pozuntu

Tez-tez soyuqdəymə və digər infeksiyalara tutulmaq, C vitamini qəbul edərək aradan qaldırılacaq bir durum olmaya bilər. Qaraciyər sağlamlığı güclü immunitet sistemi üçün lazımdır. Yəni qaraciyər nə qədər sağlamdırsa, viruslar və bakteriyalarla bir o qədər yaxşı mübarizə aparacaq.

 

Fikir dolaşıqlığı

Qaraciyər həddindən çox yükləndiyində qan uyğun şəkildə filtrlənməz. Bu halda toksinlər beyinə çata bilər. Şüur bulanıqlığı, qərar vermədə çətinlik kimi əlamətlər ard-arda ortaya çıxar.

 

Yuxu apnesi

Yuxu apnesi, yuxu əsnasında 10 saniyədən çox çəkən nəfəs dayanmasına səbəb olan bir xəstəlikdir. Yuxu apnesi yaşayanlar adətən yüksək səslə xoruldayırlar. Günümüzdə aparılan araşdırmalar qaraciyər yağlanması və yuxu apnesi arasında bir bağlantı olduğunu müəyyənləşdirib.   

 

Ani duyğu dəyişikliyi

Qan uyğun şəkildə filtrlənmədiyində toksinlərin beyinə çatma riski artır. Beyin sağlığına mənfi təsir edən bu vəziyyətdən sonra hafizə problemləri, duyğusal dalğalanmalar da artar. Qayğı və depressiya qaraciyərin bu vəziyyətindən qaynaqlanmış ola bilər.

 

Qaraciyər sağlamlığı üçün məsləhətlər:

Qaraciyərin yaxşı çalışması üçün əvvəlcə qidalanma vərdişlərinə diqqət etməlisiniz.

- Daha az fruktoza qəbul etməli

- Qazlı içkilərdən uzaq durmalı

- Daha çox yaşıl yarpaqlı tərəvəz yeməli

- Spirtli içkini tərgitməli, ya da minimuma endirməli

- Yumurta, soğan, sarımsaq kimi sülfür tərkibli qidalar qəbul olunmalıdır. Çünki onlar qaraciyəri təmizləməyə kömək edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI