Hər Novruz Bayramında kövrəlirəm

22:18 24-03-2019 | icon 1401 | Kürsü
Hər Novruz Bayramında kövrəlirəm

 Xoşumuza gələn qızın adını şəkərburanın üstündə nəqşləyərdik

 

 İBRAHİM HƏBİBOV

/ADNSU-da Professor/

 

Hər Novruz Bayramında xatirələrim məni çox-çox uzaqlara aparır. Yaşadığım o illəri və bayram günlərini yada saldıqca kövrəlirəm...

 

Bəlkə də bu, sentimitallıqdan irəli gəlir, insan yaşa dolduqca kövrəlir, daxili hissləri o dərəcədə aktivləşir ki, göz yaşına sahiblik edə bilmir. Onlar içimizdən süzülür...

 

Bu bayramda Anam aş (plov) bişirərdi və mütləq ondan bir pay qardaşımın evinə, bir neçə pay da qonşulara göndərərdi. Bayramdan sonrakı günlər məhəllənin kişiləri bir-birinin evinə qonaq gedərdilər. 40 gün məhəlləmizdə Novruz əhvalı-ruhiyyəsi yaşardı.

 

Bayramqabağı evlərdə, məhəllələrdə təmizlik işlərı aparardılar. Divarları əhənglə ağardardıq, köhnə seyləri atardıq...

 

Bayramqabağı evlərdə tədarük işləri aparılardı. Hamının evində şəkərbura, paxlava və şorqoqal bişərdi. Növbə ilə qonşular evdə biş-düş edərdi və biz o evədə yığılardıq. Hər kəs şəkərburaya naxış vurmaq məharəti ilə seçilməyə çalışardı. Yarı zarafat, yarı gerçək xoşumuza gələn qızın adını şəkərburanın üstündə nəqşləyərdik...

 

Dörd həftə bayramqabağı hər çərşənbə axşamı (üsgü axşamı) məhəllənin ortasında böyük tonqal qalayardıq. Onun üstündən ən az 3 dəfə tullanardıq. Tonqal iyi ətrafı bürüyərdi...

 

Yumurta döyüşdürərdik, qonşuların qapısına papaq atardıq və bayram payımızı gözləyərdik. Kim çox pay yığdığı haqda mübhisə edərdik. Ümumu həyat səviyyəsi aşağı olsa da, böyük mehribanlıqla yaşayardıq...

 

Haradadır o mehribanlıq və səmimiyyət? Danılmaz bir faktdır ki, indi həyat səvəyyəsu və yaşayış tərzimiz dəyişib. Çox yeninliklərə nail olmuşuq. Dünya bizlərin hər biri üçün açıqdır, istədiyimizi ala bilirik, istədiyimiz yerə gedə bilirik və sair. Lakin bütün bunlarla yanası nəyi isə itirmişik...

Bu itgini Novruz günləri xüsusi olaraq hiss edirik. Onun itirdiyimiz istisi, sevinci və gözəlliyi içimizi yandırır. Novruz Bayramı insanlar başqa əhvalda olurdular. Valideyinlər uşaqlarını sevindirməyə çalışırdı. Bu dövrdə yaşanan problemlər unudulurdu, hamı bir-biri ilə bayramlaşırdı...

 

Bu gün o Novruz Bayramından heç nə qalmayıb... Axşamüstü nəvəm Fazil 4-5 qapıya papaq atandan sonra əliboş evə qayıtdı və dedi ki, - "Baba, heç kim qapını açmadı, deyəsən evdə yoxdurlar".

Oturub gözlədi ki, bəlkə bizim qapını kimsə döyər və biz onların papağına nə isə qoyarıq. Yox! Heç kəs bizim qapını döymədi. Çox gözlədik. Sonra bəzənmiş süfrənin arxasında oturduq, şam yandırdıq və bayram naharını etdik...

 

Bax belə... Novruz bayramın mübarək Azərbaycan!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol