Azərbaycan klubu qovduğu altı futbolçu ilə bağlı məlumat yaydı

14:46 27-03-2019 | icon 416 | İdman
Azərbaycan klubu qovduğu altı futbolçu ilə bağlı məlumat yaydı

 

“Səbail” futbol klubu son günlər “Səbail-2” komandasının bir neçə üzvünün “danışılmış oyunlar”da iştirak etməsi ilə əlaqədar yayılan məlumatlarla bağlı açıqlama yayıb.

Versus.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

 

“Son günlər bəzi mətbu orqanlarda “Səbail-2” komandasının bir neçə üzvünün “danışılmış oyunlar”da iştirak etməsi ilə əlaqədar komandadan xaric olunması barədə əsassız və heç bir fakta söykənməyən informasiyalar dərc olunmaqdadır. İctimaiyyətdə “Səbail” PFK barədə yanlış fikirlərin formalaşmasına və klubumuzun imicinə zərər vurulmasına səbəb ola biləcək bu cür dəqiqləşdirilməmiş məlumatların fakt kimi təqdim olunmasını qəti şəkildə pisləyirik.

Məlumat üçün bildiririk ki, ötən ilin dekabr ayında həqiqətən “Səbail-2” komandasının üzvləri – Cəfər Əlizadə, Süleyman Mustafazadə, Emil Həsənzadə, Nurlan Rzazadə, Nazim Kərimli və Ağarəhim Kərimovun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Adı qeyd olunmuş futbolçuların komandadan ayrılmasına səbəb hər hansı “danışılmış oyunlar”da iştirakı deyil, “Səbail-2” komandasının məşqçilərinin korpusunda dəyişiklik baş verməsi və yeni məşqçi korpusunun heyətin komplektləşdirilməsi prosesində həmin futbolçuların xidmətinə ehtiyac duymamasıdır.

“Səbail” PFK komandadan ayrılan futbolçulara gələcək karyerasında uğurlar arzulayır.

Son olaraq, ictimaiyyətə yanlış informasiyaların verilməməsi üçün “Səbail” PFK ilə bağlı dərc olunan bütün məlumatların klubun mətbuat xidməti ilə dəqiqləşdirilməsini xahiş edirik”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı