Azərbaycanlıların ən çox maraq göstərdiyi Türkiyə klubu hansıdır?

16:37 27-03-2019 | icon 470 | İdman
Azərbaycanlıların ən çox maraq göstərdiyi Türkiyə klubu hansıdır?

Türkiyə Superliqasında cari mövsümün azarkeş sayı açıqlanıb.

Versus.az matc.az-a istinadən xəbər verir ki, ötən mövsümlə müqayisədə artım olub.

Ötən mövsüm orta hesabla hər oyunu 12 min 821 azarkeş izləyirdisə, cari mövsümdə bu say 14 min 205-ə bərabərdi.

Həmçinin Superliqaya ölkə xaricindən maraq da artıb. Yuto Naqatomonun "Qalatasaray"a, Şinji Kaqavanın isə "Beşiktaş"a keçidindən sonra oyunları tribunadan izləyən yapon azarkeşlərin sayı 1000-ə çatıb. Yaponlar, xüsusən də, "Qalatasaray" "Passoliq Kartı"na böyük maraq göstərirlər. Ən çox "Passoliq Kartı" alanlar Almaniya, Hollandiya və Kipr vətəndaşlarıdı.

Superliqanın XXIII turunda "Beşiktaş"la "Fənərbağça" arasındakı derbini 500-dən çox xarici vətəndaş izləyib. "Fənərbaxça"nın matçlarına ən maraq göstərən əcnəbilər ingilislərdi. Azərbaycan vətəndaşları isə ən çox "Qalatasaray"ın "Passoliq Kartı"ndan istifadə edirlər. Yəni azərbaycanlılar Türkiyədə əsasən "cim-bom"u dəstəkləmək üçün tribunalardakı yerlərini alırlar.

Ölkə daxilindən isə "Passoliq Kartı"na maraq göstərən gənclərin sayı artıb. 18 yaşa çatmamış 4000 nəfər bu karta yiyələnib. 80 yaşdan yuxarı "Passoliq Kartı" sahiblərinin sayı isə 3000-ə yaxındı.

"Passoliq Kartı"na marağın artması klubların gəlirlərinə də müsbət təsir göstərib. Təsadüfi deyil ki, Superliqa təmsilçilərinin oyun günü qazancları əvvəlki mövsümlə müqayisədə 52 faiz artıb və 400 milyon lirəyə çatıb. Bu baxımdan ən çox qazanc götürən komanda "Qalatasaray"dı. "Cim-bom"un ev oyunlarına 40 mindən çox fanat gəlir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür