Türkmənistan, Qazaxıstan, yoxsa İran?..

10:47 28-03-2019 | icon 507 | İqtisadiyyat
Türkmənistan, Qazaxıstan, yoxsa İran?..

 

Versus.Az trend-ə istinadən xəbər verir ki, bunu "International Market Analysis LTD" şirkətinin direktoru Ariel Koen deyib.

Adıçəkilən ölkələrin Cənub Qaz Dəhlizinə qoşulması perspektivindən danışan ekspert Trans-Xəzər qaz kəməri layihəsinə də toxunub:

"Uzun müddət Trans-Xəzər qaz kəmərinin tikintisi layihəsinin tərəfdarı olmuşam. Amma təəssüf ki, Xəzər regionunda hazırkı şərtlər dənizin dibi ilə boru çəkməyə imkan vermir. Əgər Aşqabad və Bakı razılığa gəlsələr və Rusiya ilə İran müdaxilə etməsələr, bu, əla layihə ola bilər. Çünki boru kəmərinin uzunluğu elə də çox deyil və Türkmənistanda bu kəmərlə qaz nəql etmək üçün kifayət qədər qaz ehtiyatı var. Türkmənistan qaz ehtiyatına görə dünyada dördüncü ölkədir".

Ekspert əlavə edib ki, Qazaxıstan və İranla bağlı vəziyyət daha qəlizdir, çünki İranın şimaldakı ehtiyatları çox deyil, Qazaxıstan isə hazırda qazı daxili tələbat üçün istifadə edir, bundan başqa, ölkə qazı Mərkəzi Asiya-Çin qaz kəməri ilə Çinə ixrac edə bilər:

 

"Əgər Qazaxıstanda iri qaz ehtiyatları aşkar olunsa və əgər ölkə Trans-Xəzər qaz kəmərində iştirak üçün investor tapsa, o zaman bu boru kəməri ilə daha çox qaz nəql oluna bilər".

Onun sözlərinə görə, hazırda Avropada qaza daha çox tələbat var, çünki region ölkələri kömür elektrik stansiyalarından, daha sonra isə atom elektrik stansiyalarından imtina edir:

"Avropada bərpa olunan enerji mənbələri sahəsi enerji blokunun yükünü təmin etmək üçün hələlik inkişaf etməyib. Mən Avropanın enerji mənbələri ilə təmin olunması baxımından Türkmənistanı birinci, Qazaxıstanı ikinci və sanksiyalardan azad olunacağı və şimalda qaz ehtiyatları aşkar edəcəyi təqdirdə, İranı üçüncü sırada görürəm".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?