Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb

10:50 28-03-2019 | icon 751 | Qarabağ
Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb

“İnşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz torpaqlarımızda qeyd edək”

 

 

“Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin və Tərtər rayon icra hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə Novruz bayramı münasibətilə rayonun “N” saylı hərbi hissəsində əsgər və hərbçilərlə görüş keçirilib.

 

Versus.Az-ın məlumatına görə, ilk öncə hərbi hissənin komandiri çıxış edərək hərbçi və əsgərləri Novruz Bayramı münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb.

 

Əsgər və hərbçilər qarşısında çıxış edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva əsgər və zabitləri xalqımızın ən qədim və müqəddəs bayramlarından olan Novruz bayramı münasibətilə təbrik edib və ən xoş arzularını bildirib. Millət vəkili deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır:

 

“Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq. İnşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edək".

 

Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və “Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova əsgərləri Novruz bayramı münasibətilə təbrik ediblər və onlara vətənimizin keşiyində daim məğrur durmalarını arzu ediblər.

 

Daha sonra Qənirə Paşayeva əsgər və zabitlərə müəllifi olduğu kitabları imzası ilə hədiyyə edib.

 

Sonda hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.

 

Tədbirdə şəhid analarının və şəhid ailələrinin iştirakı və çıxışı xüsusi duyğulu anlar yaşadıb. Qənirə Paşayeva və digər qonaqlar əsgər və zabitlərlə birlikdə nahar ediblər.

 

Tədbir bədii hissə və konsert proqramı ilə davam edib. Bayram tonqalı yandırılıb və tədbir iştirakçıları gələn bayramlarımızı Ali Baş Komandan, Prezident  İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edəcəyimiz Xankəndi, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək deyiblər.

 

Millət vəkili Q.Paşayeva və “Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova Tərtər rayonunda məcburi köçkünlər üçün təşkil edilən tədbirdə də iştirak ediblər, onları Novruz bayramı münasibətilə təbrik ediblər:

 

"Öz evlərindən zorla qovulmuş məcburi köçkün bacı və qardaşlarımız gələn il öz evlərində bayram süfrələrini qura bilsinlər. Bax bu bayram tonqallarını Cıdır düzündə yandıraq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI