Millət vəkili Türkmən köçkünlərlə görüşüb

15:58 29-09-2017 | icon 536 | Sosial
Millət vəkili Türkmən köçkünlərlə görüşüb

“Hər zaman yanınızdayıq və ümid edirik ki, inşallah yaxşın zamanlarda öz evlərinizə dönə biləcəksiniz”.

Versus.Az-ın məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva Suriyadan köçkün düşmüş türkmənlərlə görüşündə deyib.

Qənirə Paşayeva Türkiyə-Suriya sərhəddində Hatayda, sərhəddə yerləşən Yayladağında Suriyadan köçkün düşmüş soydaşlarımızla, türkmənlərlə görüşüb. Zülm və əziyyətdən qaçmış Suriya türkmənləri ilə Türkiyə hökuməti tərəfindən onlar üçün salınmış köçkün düşərgəsində görüşən millət vəkilinə Yayladağı bələdiyyə başçısı və kaymakamı köçkün qardaş-bacılarımıza dəstək istiqamətində görülən işlər barədə məlumatlar veriblər. Görüş zamanı türkmən köçmənlər millət vəkilinə Suriyadan zülmdən zorla canlarını qurtardıqlarını, hər şeylərini orada qoyub gəldiklərini, türkmən kəndlərin əksəriyyətinin boşaldığını, orada yaşamağın mümkünsüzlüyündən, başlarına gətirilən müsibətlərdən danışıblar. Ciddi dəstəyə ehtiyac duyduqlarını deyən köçkün türkmənlər bütün Türk dünyasından siyasi, mənəvi və maddi dəstək gözlədiklərini bildiriblər. Və səslərinin dünyaya daha çox duyurulmasına yardımçı olmağı xahiş ediblər.

Suriya türkmənlərinin vəziyyəti ilə bağlı bəzi beynəlxalq tədbirlərdə çıxış edən Q.Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin Suriya türkmənlərin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb. Bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynamalı, Suriya türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır:

“1 milyon insanı Ermənistanın işğalçılığı səbəbindən qaçqın və məcburi köçkün düşmüş Azərbaycan və Azərbaycan Türkləri Suriyadan köçkün düşmüş qardaş-bacılarımızın acılarını çox yaxşı anlayır. Hər zaman yanınızdayıq və ümid edirik ki, yaxın zamanlarda öz evlərinizə dönə biləcəksiniz”.

Millət vəkili bundan sonra da bütün beynəlxalq platformalarda onların səsini duyurmağa çalışacağını bildirib.

Q.Paşayeva köçkün türkmən uşaqlar üçün salınmış məktəbi ziyarət edib, uşaqlarla görüşüb, sakinlərlə söhbətlər edib. Türkmənlər belə bir vəziyyətlərində bir azərbaycanlı millət vəkilinin onları ziyarət etməsindən, vəziyyətləri ilə maraqlanmasından çox məmnun olduqlarını bildiriblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı