Ukrayna Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri qadağan edib

14:35 28-03-2019 | icon 556 | Geopolitika
Ukrayna Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri qadağan edib

 

Azərbaycanın Ukraynadakı səfirliyinin səyləri nəticəsində Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytında Ukrayna vətəndaşları üçün Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə giriş qaydaları ilə bağlı məlumat yerləşdirilib.

Versus.Az trend-ə istinadən xəbər verir ki, xəbərdarlıq məlumatında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonuna (Ağdam, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli) qanunsuz səfərlərin qəti qadağan olunduğu vurğulanır. Bildirilir ki, həmin ərazilərə yalnız Azərbaycanın rəsmi qurumlarının icazəsi ilə səfər etmək mümkündür. Əks halda, qanunu pozan ukraynalılar Azərbaycan üçün "persona non-qrata" elan ediləcək və ölkəyə buraxılmayacaqlar.

Bundan başqa, Ukrayna XİN bəyan edir ki, Azərbaycan hökumətinin icazəsi olmadan qeyd olunan ərazilərdə hər hansı hüquqi və fiziki şəxsin kommersiya işi ilə məşğul olması da qəti qadağandır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin