“İnanmıram ki, Ermənistanın hərəkətləri cavabsız qalacaq” - proqnoz

16:51 28-03-2019 | icon 408 | Qarabağ
“İnanmıram ki, Ermənistanın hərəkətləri cavabsız qalacaq” - proqnoz

 

Xəbər verildiyi kimi, sabah Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Avstriyanın paytaxtı Vyanada görüş keçiriləcək. Bu gün isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri Vyanada bir araya gələcək.



Rusiya KİV-nin məlumatına görə, bu barədə Nazirliyin rəsmisi Mariya Zaxarova Moskvada jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə deyib. “Bu görüşdə məsələ istəklər deyil, analizdədir. Situasiyanın tam analizi bu görüşdə veriləcək”. 

Ermənistanın baş naziri Nikol Paşinyan isə parlamentdəki çıxışı zamanı martın 29-da Azərbaycan prezidenti İlham Əliyevlə Vyanada keçiriləcək görüşü barədə danışıb. Paşinyan deyib ki, onun Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsindəki mövqeyi dəyişməz qalır və erməni tərəfi Vyanaya həmin gündəliklə gedir. Erməni baş nazir iddia edib ki, Vyana görüşündə sadəcə fikir mübadiləsi aparıla bilər. “Ən azı ilkin mərhələdə bu görüşlərin konkret gündəliyi olmamalıdır. Burada məsələlərin müzakirəsi olmalıdır. Biz sadəcə olaraq müxtəlif məsələlər üzrə öz rəylərimizi mübadilə etməliyik”-deyə, N.Paşinyan bildirib.

Versus.Az xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Musavat.com-a açıqlamasında Ermənistan tərəfinin bu mövqedən çıxış etməsini təəccüblü saymadığını bildirib. O deyib ki, Paşinyanın radikal bəyanatlarından sonra vaxtilə gizli saxlanılan çox şeylər ictimaiyyətə aydın olub: “Ermənistan hakimiyyəti torpaqları azad etmək istəmir. Deməli, bu bəyanatların fonunda danışıqların mənası qalmır. Məntiqlə, torpaqlar azad olunmursa, deməli, Azərbaycan üçün danışıqlar mənasız sayılmalıdır.

Bu bəyanatlar həmsədrləri də çətin vəziyyətə salıb. Lakin həmsədrlərin son bəyanatından sonra Paşinyan görüşə razılıq verməyə məcbur olub. Ancaq istisna etmirəm ki, görüşdən sonra Paşinyan deyəcək, “mən görüşdə digər məsələləri müzakirə etmişəm, torpaqların azadlığını yox”. Əgər Paşinyan torpaqların azadlığını müzakirə etmək istəmirsə, onda danışıqların mənası itir. Mən əminəm ki, o, danışıqlardan çıxan kimi deyəcək ki, biz digər məsələləri müzakirə etmişik. Bu bəyanatdan sonra Azərbaycan tərəfi sərt reaksiya verməlidir. O halda biz hər bir imkandan istifadə edib torpaqların azadlığına nail olmalıyıq”.

T.Zülfüqarov görüşqabağı təmas xəttindəki təxribatların da müzakirə predmeti ola biləcəyini vurğuladı: “Amma Paşinyan Vyanada deyəcək ki, mən Qarabağ ermənilərini himayə etmirəm. İstəyirsinizsə, atəşkəsin pozulması halları baş verməsin, onda Qarabağla danışın, onlar təhlükəsizik qarantiyasını versinlər”. Eks-nazir hesab edir ki, işğalçı ölkənin son təxribatçı addımlarına baxmayaraq, Azərbaycan danışıqları davam etdirməlidir: “Müvəqqəti təzyiq Azərbaycana imkan yaradır ki, Ermənistanın real mövqeyini və məqsədini beynəlxalq ictimaiyyətə çatdırsın. Fakt budur ki, orada separatizm yoxdur, bu, açıq-aşkar hərbi təcavüzdür. Digər tərəfdən, Ermənistan Qağlıq Qarabağla kifayətlənmək istəmir, ətraf əraziləri də anneksiya etmək niyyətindədir. İşğalçı ölkənin bu mövqeyini beynəlxalq aləmə yaymaq lazımdır”.

Politoloqun fikrincə, belə davam edərsə, nəhayətdə, ciddi bir bəyanat olacaq ki, Azərbaycan bu danışıqlarda məna görmür: “Bu bəyanat nə vaxt olacaq, demək çətindir. Amma istisna etmirəm ki, olacaq. İnanmıram ki, Ermənistanın hərəkətləri cavabsız qalacaq. Düşənbə razılaşması Ermənistan hakimiyyətinə möhkəmlənmək imkanı verdi. Əgər ermənilər Düşənbə razılaşmasını pozublarsa, Azərbaycanın cavab tədbirlərinə əl atması üçün mənəvi haqqı var”.

T.Zülfüqarov baş verənlərə rəğmən hesab edir ki, Vyana görüşü vacib görüşdür: “Artıq köhnə modelə qayıtmaq imkanı yoxdur. Yəni saysız görüşlər, ümidverici bəyanatlar dövrü keçib. Bu cür davam edərsə, Paşinyan hər görüşdən sonra deyəcək ki, torpaqlar müzakirə mövzusu deyil. Onda Azərbaycan ictimaiyyəti dövlət rəhbərliyinə bu görüşlərin keçirilməsinin mənası qalırmı, sualını verəcək. Təbii ki, eyni sualı dövlət rəhbərliyi həmsədrlərdən bu suala cavab istəməlidir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”