Qəbul imtahanında eyni bal toplayanlar necə fərqləndiriləcək? - RƏSMİ

17:28 28-03-2019 | icon 439 | Təhsil
Qəbul imtahanında eyni bal toplayanlar necə fərqləndiriləcək? - RƏSMİ

 

Ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu davam edir.

XI illik bazada buraxılış imtahanı və qəbul imtahanlarının birinci mərhələsi aprel ayında keçiriləcək.

İxtisas qrupları üzrə imtahanlar isə may ayında baş tutacaq.

Versus.az yerli mediaya istinadla ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisasları üzrə ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə istifadə olunacaq əlavə göstəriciləri təqdim edir:

-   təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

-   xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal)

-   qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi bal;

-   qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə nisbi balların cəmi;

-   qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə düzgün cavabların (yazılı suallar üzrə balların) sayı;

-   qəbul imtahanının ikinci mərhələsinin imtahan fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;

-   qəbul imtahanının birinci mərhələsi üzrə Azərbaycan və ya rus dili fənnindən toplanılan bal;

-   qəbul imtahanının birinci mərhələsi üzrə riyaziyyat fənnindən toplanılan bal.

V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətlən­diri­lən ixtisasları üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Yekun balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

-   abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal;

-   təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

-   riyaziyyat fənni üzrə imtahan balı;

-   Azərbaycan dili və ya rus dili fənni üzrə üzrə imtahan balı.

V qrupda qa­biliy­yət imtahanlarının nəticələri məqbulla qiymət­ləndirilən ixtisasları üzrə müsabiqə abituriyentin  qəbul (cari ilin abituriyentləri üçün buraxılış)  imtahanında topladığı ümumi balı əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıl­lıqla əlavə göstəricilərdən istifadə edilir:

-   təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

-   riyaziyyat fənni üzrə imtahan balı;

-   Azərbaycan dili və ya rus dili fənni üzrə imtahan balı./azedu.az/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol