Türkmənlərin tarixində ən dəhşətli gün – 28 mart, 1991

18:41 29-03-2019 | icon 816 | Dünya
Türkmənlərin tarixində ən dəhşətli gün – 28 mart, 1991

Altınkörpü soyqırımının 28-ci ildönümü qeyd edildi

 

 

Dünən dünyada yaşayan bütün türkmənlər Altınkörpü soyqırımının 28-ci ildönümünü qeyd etdilər.

 

Altınkörpü Kərküklə Erbil arasında yerləşən bir tükman qəsəbəsidir. Altınkörpü deyərkən ilk ağıllara gələn Səddam Hüseyn rejiminin 1991- ci ilin 28 martında türkmənlərə qarşı vəhşicəsinə törətdiyi soyqırım olur. 1959-cu il Kərkük qətliamından sonra yaşanan ən dəhşətli soyqırıma Səddam qanlı imzasını atdı. Soyqırımda 100- dən artıq türkmən qəddarlıqla qətlə yetirildi, ailələr məhv edildi.

 

Versus.Az xəbər verir ki, soyqırımın baş verdiyi vaxt Ramazan ayı idi. Agzı oruclu insanlar qətl edildi. Həmin vaxt türkmənlərin cəlladı, kabusu olan Səddam Körfəz savaşında məglubiyyətə ugramışdı, Küveytdən geri çəkilməyə başlamışdı. Kürdlər isə İraqın şimalında mövcud durumdan faydalanmaq üçün üsyan adı altında Kərkükə girdilər. Türkmənlərə aid evləri yandırdılar, avtomobilləri, türkmənlərin əziyyətlə qazandıgları pulları,qızıl, zinət əşyalarını əllərindən aldılar. Gözəl Kərkükü az qala xarabalıga çevirdilər. Cənubda isə şiələr üsyan edirdilər. Səddamın qüvvələri daxildə baş verən üsyanların qarşısını almaq üçün şimala dogru hərəkət etməyə başladılar. Bu zaman Kərkükü, Türkmənelini talayan kürdlər Türkiyə sərhədlərinə dogru qaçmaga başladılar. Beləliklə, üsyan edən peşmərgə də, şiələr də Səddam rejimindən heç bir zərər görmədilər.

 

Türkmənlər üsyana qatılmamışdılar, İraqın ərazi bütövlüyünə qarşı çıxmamışdılar. Əsrlərdir yaşadıqları Altınkörpünü, dədə - baba torpaqlarını tərk etmələri üçün heç bir səbəb də yox idi. Qardaşlarımız onları nələrin gözlədiyindən xəbərsiz idilər. Təəssüf ki, Altınkörpü Səddamın sərhəd tanımayan zülmü, vəhşiliyi ilə türkmənlərin məzarlıgına çevriləcəkdi. Türkmənlərə qarşı kin və nifrətini gizlətməyən Səddam Hüseynin cəllad qrupları1991 –ci il martın 28 – də Altınkörpünü mühasirəyə aldılar. Peşmərgənin talanlarından, zülmlərindən hələ tam qurtulmamış altınköylülər o axşam hər şeydən xəbərsiz iftar hazırlıgı görürdülər. Qapıları bir – bir döyməyə,təpikləməyə başladılar. Qapılar açıldıqda iftar süfrələrini hazırlayan türkmənlərin qarşısında Səddamın əli qanlı, vəhşi əsgərləri dayanırdı. Yaşlı, gənc, çoçuk, kişi, qadın demədən 107 nəfər günahsız insanı gözaltına aldılar. Hamısının gözlərini və əllərini baglamışdılar, bir çoxunu yerlə sürüyərək aparırdılar. Hara götürdükləri məlum deyildi. Bir müddət sonra 102 nəfəri Dibis kəndinə gətirdilər. Kəndin girəcəyində qaniçən Səddamın edam dəstəsi günahsız insanları gözləyirdilər. Sonra onları avtobusa mindirib, məzarlıga gətirdilər. Üç dəstədən ibarət olan edam qrupu türkmən qardaşlarımızı sorgusuz – sualsız qurşuna düzdülər, şəhid etdilər. Qətl edilən türkmənlər üst –üstə yıgılmış, Altınkörpü qan gölünə çevrilmişdi. Səddamın cəlladları güllələrə düzüb,vəhşicəsinə öldürdükləri  insanarın yenidən başlarına güllə sıxırdılar.

 

Qeyd edim ki, həmin vaxtlar Səddam ordusunun qorxusundan Təzə Hurmatıdan, Tuz Hurmatıdan, Kərkükdən olan insanlar da ailəlikcə Altınkörpüdəki qohumlarının yanlarına gəlib, sıgınmışdılar. Amma bilmirdilər ki, onları daha böyük faciələr gözləyir. Soyqırımın qurbanları arasında müvəqqəti Altınkörpüdə yerləşən ailələrin bir neçə üzvü də vardı.

 

Altınkörpüdə, soyqırımın baş verdiyi yerdə qurbanların xatirəsinə abidə - kompleks ucaldılıb. Hansı ki, Altınkörpü şəhidlərini Səddamın cəlladları burada toplu məzarlıgda basdırırlar. Yəni, böyük bir yer qazıb, güllələdikləri türkmənləri ora töküb üstlərini torpaqladılar. Üstündən xeyli müddət keçəndən sonra toplu məzarlığın yeri aşkarlanır.

 

İraqda yaşayan türkmənlər, altınkörpülülər faciənin açılarını hələ də unuda bilmirlər. Altınkörpü də isə soyqırımən, dəhşətli geçənin şahidləri olan dərdli ailələr yaşayır. Bu gün də gözləri yollarda, dogmalarını axtarırlar.

 

Hər il oldugu kimi,dünən də İraqda yaşayan türkmənlər Altınkörpü abidəsini və məzarlığı ziyarət etdilər, Şəhidlərin ruhuna dualar oxudular. Onların arasında Türkməneli Partiyası Tələbə və Gənclik Təşkilatının üzvləri də vardı. Gənclər şəhidlərin ruhunu hörmələ andılar, bu torpaqların var oldugu üçün onlara borclu olduqlarını, xatirələrini həmişə uca tutacaqlarını, unutmayacaqlarını bildirdilər, yaxınları və ailələri ilə görüşdülər.

 

Aganisə Sultanova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi