“Onun ermənilərə dəstək verməsi təsadüfi ola bilməz”

17:38 27-09-2017 | icon 620 | Qarabağ
“Onun ermənilərə dəstək verməsi təsadüfi ola bilməz”

“Urasın erməni sevgisinin tarixi kökləri, ona irsi bağlılığı araşdırılmalıdır”

 “Ufuq Uras adlı bu şəxs dəfələrlə Ermənistana səfərlər edərək qondarma erməni soyqırımı abidəsini ziyarət edib. O, hər zaman Türkiyə əleyhinə addımlar atıb”.

Bunu Versus.Az-a Türkiyə Yaşıllar və Sol Gələcək Partiyasının yetkilisi, QHT rəhbəri, keşmiş millət vəkili Ufuq Urasın rəhbərliyi ilə Xankəndinə səfər edən nümayəndə heyətinin separatçılarla görüşləri barədə açırlama verən millət vəkili Qənirə Paşayeva bildirib.

Q.Paşayeva bildirib ki, Türkiyə hökuməti erməni soyqırımı məsələsinin uydurma, yalan olduğunu bəyan etsə də, özünü türk adlandıran bu şəxs, əksinə “soyqırım abidəsini” ziyarət etməklə öz dövlətinin maraqlarına qarşı çıxıb:

Bu adam hər zaman Türkiyə və Azərbaycanın maraqlarına zidd addımları, açıqlamaları ilə gündəmə gəlib. Ufuq Uras Türkiyənin Dağlıq Qarabağa görə Ermənistanla sərhədlərini bağlaması faktı ilə barışmayıb. Onun bu cür çıxışlarını qəti şəkildə qınayır və təəssüf edirik. Təbii ki, istər Türkiyə, istərsə də Azərbaycan ictimaiyyəti, sosial media, QHT-lər və sair təşkilatlar Urasın bu addımına qarşı etiraz səsini qaldırmalıdır”.

Millət vəkili bidirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal faktı bütün beynəlxalq təşkilatların qərarlarında yer alıb. Urasın işğal altında qalan Xankəndinə gedib separatçı rejimlə görüşməsi açıq şəkildə düşmənə dəstək kimi dəyərləndirilməlidir. Q.Paşayeva qeyd edib ki, onun işğalçı erməniyə bu formada dəstək verməsinin səbəbləri ciddi şəkildə araşdırılmalıdır:

“Urasın erməni sevgisinin tarixi kökləri, irsi bağlılığı araşdırılmalıdır. Bu şəxsin uzun illərdir Azərbaycanla Türkiyənin mövqelərinə zidd çıxaraq davamlı şəkildə ermənilərə dəstək verməsi təsadüfi ola bilməz”.

Nilufər
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu