Paşinyan Vyanadakı erməni diasporunun nümayəndələri ilə görüşüb və...

14:16 30-03-2019 | icon 415 | Qarabağ
Paşinyan Vyanadakı erməni diasporunun nümayəndələri ilə görüşüb və...
 
 

Azərbaycan prezidenti ilə danışıqlardan dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyan Vyanadakı erməni diasporunun nümayəndələri ilə görüşə yollanıb. İ.Əliyevlə danışıqlardan sonra diasporla görüşlər N.Paşinyan üçün bir növ ənənə halını alıb. Moskvadakı görüşdən sonra da Paşinyan diasporla görüşmüş və ilkin təəssüratları ilə bölüşmüşdü.

Ermənistan KİV-ləri xəbər verir ki, bu dəfə baş nazir Azərbaycan prezidenti İlham Əliyevlə görüşünü müsbət qiymətləndirib.
 
Onun sözlərinə görə, danışıqlar prosesində irəliləyişin, inqilabın, yaxud da dönüşün baş verdiyini demək olmaz. Lakin vacibdir ki, tərəflərə özlərinin təsəvvürləri, problemləri və gündəlikləri barədə, onun – Paşinyanın hələ Xankəndində bəyan etdiyi proses haqqında danışmağa imkan verən proses başlayıb.
 
“Ümid edirəm ki, prezident Əliyev də görüşü müsbət qiymətləndirəcək. Mən müsbət qiymətləndirdiyimi deyəndə, bu o demək deyil ki, kimsə udub, kimsə uduzub. Bizim qeydə almalı olduğumuz əsas dəyişiklik odur ki, çıxıb mən qalib gəldim, o isə uduzdu demək kimi bir öhdəlik yoxdur. Söhbət başlayıb, hər bir tərəfin öz təsəvvürü var. Münaqişənin çox dərin kökləri var. Vəziyyət çox mürəkkəbdir, problem çox dərindir”, - baş nazir deyib.
 
İndi aşağıdakı məsələlərin üzərində düşünməyin əsl vaxtıdır. Misal üçün, münaqişə tərəfləri səy göstərə bilərlərmi ki, təmas xəttində vəziyyət sabit qalsın, tərəflər buna nail ola bilərlərmi ki, sərhədyanı kəndlər normal həyatlarını yaşasınlar, kənd təsərrüfatı ilə məşğul olsunlar və qarşı tərəfin atəşinə tuş gələcəklərindən qorxmasınlar.
 
O ümid etdiyini bildirib ki, bu məsələlərlə bağlı qiymətləndirməsi və Əliyevin görüşə verəcəyi qiymət bir-birindən çox fərqlənməyəcək./virtualaz.org

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür