Beynəlxalq turnirdən bürünc

09:30 01-04-2019 | icon 462 | İdman
Beynəlxalq turnirdən bürünc

30-31 mart tarixlərində Riqada (Latviya) bədii gimnastika üzrə “Baltic Hoop” və “Riga Spring” adlı iki beynəlxalq turnir keçirilib.

 

Versus.Az xəbər verirki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata əsasən, Azərbaycan millisinin üzvləri hər iki yarışda çıxış ediblər. Böyüklər arasında təmsilçilimiz Veronika Qudis “Baltic Hoop” turnirində iki final mərhələsinə vəsiqə qazanıb. Yekun nəticədə gimnastımız həm gürzlər, həm də halqa ilə 8-ci yerdə qərarlaşıb. Çoxnövçülükdə isə Qudis 63.050 xalla 10-cu, digər təmsilçimiz Darya Sorokina isə 13-cü (60.350) olub.

 

Böyüklərin turniri ilə paralel gedən digər yarışda isə gənc gimnastlar medallar uğrunda mübarizə aparıblar. Azərbaycan gimnastları “Riga Spring” adlı yarışda 4 finalda çıxış ediblər. Belə ki, Nərminə Səmədova lent ilə çıxışına görə hakimlərdən 15.350 xal almağı bacarıb və bürünc medala layiq görülüb. Digər 3 final mərhələsində isə ölkəmizi Arzu Cəlilova təmsil edib. Arzu isə ən yaxşı nəticəsini ip ilə çıxışında göstərərək, turniri 5-ci yerdə bitirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı