Xocalı şəhidi haqqında sənədli film - TƏQDİMAT

10:50 01-04-2019 | icon 742 | Şəhidlər və şahidlər
Xocalı şəhidi haqqında sənədli film - TƏQDİMAT

Xəbər verdiyimiz kimi, “Saf Həyat Naminə Gənclər” ictimai birliyinin layihəsi, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyilə Xocalı şəhidi Ələsgər Novruzov haqqında sənədli film istehsal olunub.

 

Versus.Az xəbər verir ki, layihə rəhbəri “Saf Həyat Naminə Gənclər” ictimai birliyinin sədri xanım Dinara Bayramlı, rejissor və operator isə Emil Lətifovdur.Martın 30-da Azərbaycan Dillər Universitetinin Konfrans salonunda “Bəs, sən onları tanıyırsan?” adlı layihə əsasında çəkilmiş filmin təqdimat mərasimi keçirildi. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəq.sükutla yad edildi. Azərbaycan Dillər Universitetinin Prorektoru Sərraf Hüseynov təqdimat mərasimini açıq elan etdi.


Sərraf müəllim Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, o cümlədən Xocalı soyqırımı haqqında məlumat verdi. Bildirdi ki, aparıcılıq etmək üçün söz xanım Nailə İsmayılovaya verilir. Nailə xanım qonaqları salamladı, “Saf Həyat Naminə Gənclər” ictimai birliyi barədə məlumat verdi. Qeyd etdi ki, 2019-cu ildə 10 yaşı tamam olacaq Birliyin təsisçisi xanım Səbinə Abbasova, Birliyin sədri xanım Dinara Bayramlıdır. 
“Saf Həyat Naminə Gənclər” ictimai birliyinin sədri Dinara Bayramlı “Bəs, sən onları tanıyırsan?” adlı layihə haqqında məlumat verdi. Qeyd etdi ki, Respublika Gənclər Fondunun rəhbərliyi, habelə, Müşahidə Şurası layihəni qiymətləndirərək sənədli filmin çəkilişi üçün icazə verdi. Dinara xanımın giriş nitqindən sonra filmə baxış oldu. 


Sənədli filmin ssenari müəllifi və rejissor Emil Lətifov şəhid Milli Qəhrəıman haqqında böyük fəxrlə danışdı. Eyni zamanda, təəssüf hissilə dedi ki, Ələsgər müəllimin özü barədə tutarlı videoçəkiliş olmadığından montaj zamanı çətinlik çəkdikdik. Emil müəllim və sənədli filmin assistenti Məhəmməd Baxış bu cür filmlərin həyata vəsiqə alması üçün sevə-sevə, ürəklə işlədiklərini qeyd etdilər. Şəhid Milli Qəhrəmanın qardaşı Adışirin Novruzov, şəhid Milli Qəhrəmanın ömür-gün yoldaşı xanım Şəkibə Novruzova, şəhidin övladları-Vüsalə, Piyalə və Ülvi Novruzovlar sənədli filmi yüksək səviyyədə istehsal etdikləri üçün təşkilatçılara ailə üzvləri adından öz minnətdarlıqlarını bildirdilər.


Xocalı sakinləri-Şəhid Milli Qəhrəmanın dostu və iş yoldaşı Murad Şükürov, ehtiyatda olan tibb xidməti polkovniki Eldəniz Allahverdiyev, şəhid Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı xanım Fiqurə Rüstəmova, məlum soyqırım zamanı erməni terrorçuları tərəfindən girov götürülmüş Dürdanə Ağayeva, şəhid Milli Qəhrəmanın yaxın qohumu Niftalı Manafov Ələsgər müəllim haqqında öz xatirələrini söylədilər. 
Sonda xatırladırıq ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Xocalı sakini Elman Məmmədov, Xocalıdan məcburi köçkünlər-şəhid Milli Qəhrəman Ə.Novruzovun ömür-gün yoldaşı Şəkibə xanım, övladları-Vüsalə, Piyalə və Ülvi, şəhid Milli Qəhrəmanın qardaşı, hazırda Göygöl rayonunda yaşayan Adışirin Novruzov, Milli Qəhrəman Ə.Novruzovun bacısı oğlu Niftalı Manafov, Xocalı rayon Təhsil Şöbəsinin sabiq müdiri Murad Şükürov, eyni zamanda, məlum soyqırımın şahidlərindən biri olan jurnalist, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu bu sənədli filmdə müsahibə veriblər.


Şamilə Şamilqızı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür