"Velosiped sür, Hərəkətə sən də qoşul" layihəsi başa çatıb

16:35 01-04-2019 | icon 478 | İdman
"Velosiped sür, Hərəkətə sən də qoşul" layihəsi başa çatıb

Tezliklə "İDMAN DƏRSİ-VELOSİPEDLƏ" adlı yeni, maraqlı layihəyə start veriləcək

 

 

Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanovun Versus.az-a verdiyi məlumata görə, “Velosiped sür, Hərəkətə sən də qoşul layihəsi” başa çatıb.

 

90 günlük aktivlik kampaniyası çərçivəsində Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı Azərbaycan Velosiped İdmanı Federasiyası, "Gənc Velosipedçilər" İctimai Birliyi və Əlil Velosipedçilər Klubunun dəstəyilə Bakı şəhərində yerləşən lisey və orta təhsil müəssisələrinin şagirdləri arasında velosiped idmanına marağı daha da artırmaq üçün «Velosiped idmanının sağlamlıqda rolu və ondan istifadə qaydaları» mövzusunda seminar-təlimlərin keçirilməsilə təblığat və təşviqat işləri aparılıb.


Faiq Qurbanovun sözlərinə görə, layihənin əsas məqsədi tələbə, şagird və valdeynlərin arasında təbliğat və təşviqat işləri aparmaqla kütləviliyi artırmaq və məktəbə yeni-yeni idmançıların cəlb edilməsi idi.
Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov sözügedən layihənin həyata keçməsində əməyi olan hər kəsə, xüsusilə, Bakı şəhər Təhsil İdarəsinə, məktəb direktorları və müəllimlərə dərin təşəkkürünü bildirib.

Əlavə edib ki, tezliklə "İDMAN DƏRSİ-VELOSİPEDLƏ" adlı yeni, maraqlı layihəyə start veriləcək.

 

Aganisə Sultanova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı