“Bu seckini Türkiyə xalqının qələbəsi sayıram”

18:08 01-04-2019 | icon 756 | Geopolitika
 “Bu seckini Türkiyə xalqının qələbəsi sayıram”

“Mən bu seckini Türkiyə xalqının qələbəsi sayıram. Cünki seçkidə demokratik prinsiplərə əməl olundu. Belə ki, secki fəallığı təmin edildi, təbligat prosesi çox gərgin və fəal şəraitdə kecdi, rəqiblər, partiyalar bərabər şəraitdə mübarizə apardılar”.

 

Bunu Versus.Az-a siyasi şərhçi Əlabbas Məhərrəmli Türkiyədə keçirilən seçkiləri şərh edərkən bildirib.

Ə.Məhərrəmli hesab edir ki, seçkinin belə bir şəraitdə keçirilməsi üçün birinci növbədə hakim partiyaya- “sag ol” düşür. Çünki belə bir şəraiti yaratmaq hakimiyyətin həm vəzifə, həm də mənəvi borcu idi.

Politoloq secki və ondan sonrakı günlərdə cərəyan edən prosesləri təhlil edərək, seckilərin normal kecdiyi qənaətində olduğunu vurğulayıb.

 

“Yalnız 1məntəqədə xoşagəlməz hadisə baş verdi. Hətta silahlı atışma halı və bir necə texniki catışmazliq oldu. Hakim partiya seckilərdə tam qələbə çala bilmədi. Çünki məlum olduğu kimi 98% acılan sandıqlara əsasən AKP, MHP ittifaqı böyük şəhərləri uduzur. Belə ki, Ankara, İzmir, İstanbulda CHP, İYİ Partiya ittifaqının namizədləri qalib gəlir”.

 

Ə.Məhərrəmli hesab edir ki, hakim partiya İstanbulda zəif namizədlə seckiyə gedib. Onun təhlillərinə görə, Binəli Yıldırım CHP -nin namizədi Əkrəm İmamoglu ilə müqayisədə zəif görünürdü.

“Yıldırımın səs faizlərini AKP -Ərdogan gücünə yığdığını düşünürəm. Rəqibi Əkrəm İmamoğlu isə əksinə, uduşunu CHP -yə görə deyil, özünün şəxsi keyfiyyətlərinə - əvvəlki 5 ildə Beylikdüzündə gördüyü işlərə görə qazandı. Bu dəqiqələrdə Yildırımın canlı cıxışında səsləndirdiyi, "İmamoglu bizdən qabaqda görünür", ifadəsini siyasi mədəniyyətin təzahürü kimi qiymətləndirirəm”.

 

Ləman
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI