"Türkiyə universitetlərinə yalnız attestatla qəbul mümkün deyil” 

18:48 01-04-2019 | icon 530 | Təhsil
"Türkiyə universitetlərinə yalnız attestatla qəbul mümkün deyil” 

 

“Dil sertifikatı və ya hazırlıq keçmədən Türkiyə universitetlərinə yalnız attestatla  qəbul mümkün deyil”

Versus.Az xəbər verir ki, bu sözləri “Celt Colleges” şirkətinin Türkiyədə təhsil üzrə mütəxəssisi Fərid Kərimov deyib.

Onun sözlərinə görə, dil sertifikatı olmayan tələbələr Türkiyə universitetlərinə qəbul  zamanı imtahan verməlidirlər:

“Ümumiyyətlə, son zamanlar xaricdə təhsillə bağlı hər kəs müxtəlif fikir söyləyir. Həqiqət budur ki, dil sertifikatı və ya hazırlıq keçmədən Türkiyə universitetlərinə yalnız attestatla  qəbul mümkün deyil. Bəzi, şirkətlər elan edir ki, “yalnız attestatla  xaricdə təhsil” amma düşünürəm ki, bu doğru deyil. Türkiyədə bəzi dövlət universitetləri var ki, attestat və dil sertifikatı ilə tələbələri qəbul edir. Dil sertifikatı olmayan tələbələr isə Türkiyə universitetlərinə qəbul zamanı imtahan verməlidirlər.  İmtahandan uğursuz keçən tələbələr isə 1il məcburi hazırlıq oxumalıdırlar. Tələbələr hazırlığı başa vurduqdan sonra yenidən imtahan verməlidir. Bəzən xaricdə təhsil şirkətləri gənclərə yanlış məlumat verir.

Yanlış informasiyaya malik olan tələbələr isə təhsil almağa getdiyi zaman fərqli situasiya ilə qarşılaşır. Türkiyə universitetlərində  təhsil almaq istəyən tələbələr  tədris alacaqları dil üzrə sertifikatı olmalı və ya 1 il hazırlıq keçməlidirlər. Tələbələr hazırlıq keçdikdən sonra imtahan verməlidir.

İmtahandan uğursuz keçənlər isə  Türkiyə universitetlərinə birbaşa bakalavr dərəcəsinə qəbul ola bilmir. Bəzi  “mütəxəssislər” “Türkiyə universitetlərinə yalnız attestatla qəbul mümkündür” söyləyirlər. Amma hamı bilir ki, bu mümkün deyil. Bəlkə onlar, fikirləşir ki,  gənclər türk dilini bilirsə, imtahandan uğurla keçəcəklər. Yəni, tələbələrinistənilən halda dil sertifikatı olmalıdır. Həmçinin, dil sertifikatı olmayan tələbələr isə  oradakı imtahandan uğurla keçməli, əks halda, hazırlıq oxumalıdırlar”.

Fərid Kərimov  Türkiyə universitetlərinə sadəcə, attestatla qəbulun çətinliklərindən də danışıb:

“Dünya ölkələrinin bir çox universitetləri tələbələrdən IELTS və TOEFL sertifikatını tələb edir. Amma bəzi universitetlər var ki,  müsahibə edərək tələbələrin  dil biliyini yoxlayır. 

Polşa, Macarıstan, Baltikyanı ölkələrinin bəzi universitetlərinə qəbul zaman müsahibə edərək, tələbələrin  dil biliyi yoxlanılır.

Ümumiyyətlə, xaricdə təhsil şirkətinin əsas işlərindən biri tələbələrə düzgün konsultasiya verməkdir.  Çünki, tələbələrə bildirilməlidir ki, yalnız attestatla qəbul zamanı  orada imtahan verməli və ya hazırlıq oxumalıdırlar. Amma  türk dilini normal səviyyədə  bilən tələbələr imtahandan uğurla keçir.

Yalnız attestatla təhsil almaq istəyənlərin bəziləri türk dilini bilmir. Türkiyə universitetlərinə yalnız attestatla qəbul zamanı çox çətinliklər ola bilər. 

Çünki, tələbələr universitetdə 4 il yox, 5 il təhsil ala bilərlər. Həmçinin, hazırlıqdan keçə bilməyən tələbələr birbaşa bakalavr dərəcəsinə qəbul ola bilməyəcəklər. Xaricdə təhsil almaq istəyənlərə tövsiyəm odur ki, ətraflı maraqlanıb,  etibarlı şirkətlərə müraciət etsinlər. Onlar ən azından internet vasitəsi ilə araşdıraraq, müəyyən məlumatları əldə edə bilərlər”./azedu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı