“Belarus Dövlət Universitetinin elmi işçiləri xərçəng xəstəliyinin dərmanını kəşf edib”-Ekspert

18:57 01-04-2019 | icon 482 | Təhsil
“Belarus Dövlət Universitetinin elmi işçiləri xərçəng xəstəliyinin dərmanını kəşf edib”-Ekspert

 

Versus.Az azedu.az-a istinadla bildirib ki, bu barədə “A-Level” Təhsil Mərkəzinin rəhbəri Ayan Əliyeva məlumat verib. Onun sözlərinə görə, səfər müddətində Minskdə aparıcı universitetlərin rektorları ilə görüşlər keçirilib. Həmçinin,  təhsil və təlim sahəsində xüsusi uzunmüddətli sazişlər imzalanıb:

“Minskin aparıcı universitetləri və Azərbaycan diasporunun rəhbərliyi azərbaycanlıları təhsil, əhalinin bacarıqlarının artırılması, həmçinin akademik təcrübə mübadiləsi üçün dəvət olunmasında maraqlıdırlar”.    

Ayan Əliyevanın sözlərinə görə, Belarus universitetlərində təhsil çox yüksək səviyyədədir:

“Belarus dövlət universitetləri daha çox tədqiqatla məşğuldurlar. Ali təhsil müəssisələrində tədris həm ingilis həm də rus dilindədir. Belarusun Tibb Universitetlərinin diplomları bütün dünyada tanınır.  Almaniya, Amerika və digər dövlətlərin universitetlər ilə birlikdə ikili diplomlar mövcuddur.

Belarus Dövlət Universitetində kimya, biologiya fakültəsinin elmi işçiləri, elmi tədqiqatın əsasında xərçəng xəstəliyinin dərmanını da kəşf ediblər”.  

Qeyd edək ki, digər Avropa ölkələri ilə müqayisədə Belarus universitetlərində təhsil almaq maliyyə baxımından daha əlverişlidir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI